AZ

“Həyatımda bir kişi var, həbsxanada olanda təklif etdi ki...” - FOTO

Milli.Az xəbər verir ki, tanınmış müğənni Fədayə Laçın  Moderator.az-ın suallarını cavablandırıb.
 
- Fədayə xanım, saytlarda səhhətinizin ağırlaşdığı haqda məlumatlar dolaşır. Bu xəbər doğrudur?
 
- Xeyr, sadəcə xəstələnmişəm. 10 gündür ki, xəstə yatıram. Evdə dava-dərman etdim, amma keçmədi. Həkim antibiotik, sistem yazıb. Ölümcül, sağalmaz xəstəliyə düçar olmamışam. Ölümcül o deməkdir ki, səhhətin ağırlaşır, gəlib səni təcili yardımla xəstəxanaya aparırlar. Deyə-deyə, gülə-gülə öz ayağımla həkimə getmişəm. Bu şayiələr bəlkə də mənim paylaşımlarımdan qaynaqlanır. Çünki o gün yazmışdım ki, yaman pis xəstələnmişəm, görsəm ölürəm, durub qaçacam. Onu gülmək üçün yazmışdım. 
 
- Ümumiyyətlə son aylar sizə olan maraq daha da çoxalıb. Bu nə ilə əlaqədardır?
 
- Bəli, bunu hiss edirəm. Sağ olsun elimiz, obamız, xalqımız. Bu sevgidən ilhamlanıram. Məni həyata bağlayan insanların bu sevgisidir. Başıma nələr gəlsə də bu sevgi artır, azalmır. Öz-özümlə təkbaşına qalanda Allaha şükür edirəm. Arzu edirəm ki, bu sevgini, hörməti mənə çox görməsin. O da çox görmür, səsimi eşidir.

- Fədayə xanım, toylarla bağlı vəziyyətiniz nə yerdədir? Siz də toya yarım saatı 8-9 min manata gedirsiniz?
 
- Mən heç vaxt elə baha qiymətə toya getməmişəm. Bütün toyu 8-9 minə oxumamışam, o ki, qala yarım saatı olsun. Oxuya da bilmirlər (gülür). Fanaqrama qoyurlar, yarım saata 8-9 min alırlar. Məncə o halal qazanc deyil. Heç olmasa bunu canlı oxuyun, bir az halallıq olsun. Mən insanların büdcəsinə uyğun gedirəm. Nə ucuzdur, nə də baha.     

- Həyatınız haqda film çəkilsəydi sizin rolunuzu hansı aktrisanın oynamağını istərdiniz?

- Həyatım haqda kitab yazmaq istəyirdilər, mən razı olmadım. Düzdür, onlara yox demədim, dedim ki, görüşüb söhbət edərik. Sonra düşündüm ki, istəmirəm həyatım haqda yazılıb, film çəkilsin. Hələ mən həbsxanada olanda tükr rejissoru tərəfindən belə təklif olunmuşdu. Ona görə də düşünməmişəm rolumu hansı aktrisa oynayar. Mənim sevdiyim aktrisalar həyatda yoxdurlar.
 
- Fədayə xanım, illər öncə xalq artisti Mələkxanım Əyyubova  cins şalvar geyinərək muğam oxuduğunuz üçün sizə irad bildirmişdi. Ümumiyyətlə muğam üçün geyimin fərqi varmı?
 
- Mənim üçün geyimin fərqi yoxdur. Mən sənət nümayiş etdirirəm. Ona görə də mənim üçün geyimin önəmi yoxdur. Paltar geyinəndə bir az da gözəl görünürəm. Amma əslində şalvarı sevirəm. Stilim budur, xoşlayıram. Biri canlı oxuyursa mən onun səsinə qulaq asıram. Haqqında başqa heç kim, heç nə fikirləşmir.

 - Hətta illər öncə deyirdilər ki, Fədayə xanım zövqsüz geyinir..
 
- Zövqsüz olduğumu heç vaxt danmamışam. Bir geyim alanda onunla hansı ayaqqabını geyinmək lazımdırsa onu seçə bilmirəm. O barədə zövqüm yoxdur. Əlimə nə keçsə geyinirəm. Düşünürəm ki, mən geyim yox, sənət nümayiş etdirirəm. 
 
- Sevgiyə tövbə etmisiz?

- Mənim həyatımda bir kişi var. O da oğlumdur. Bu da ömür boyu belə olacaq. Həyatıma başqa heç kim gəlməyəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Seçilən
10892
12
Mənbələr
Şərh ()
Bağla