AZ

"İnsanlara keçmişin damğasını vurmayın"

"İnsanlara keçmişin damğasını vurmayın"

"Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı" İctimai Birliyinin sədri, jurnalist Firuzə Cəlilova ictimai qınağa məruz qalan məhkum qadınların müdafiəsinə qalxdı. Məhkumluq müddəti bitən qadınlara qarşı cəmiyyətdə amansız münasibət olduğunu vurğulayan Birlik sədri bu yanaşmanı kökündən dəyişməyin vaxtıdır dedi. Onun sözlərinə görə məhbus qadınlar azadlığa çıxdıqdan sonra azadlığın məhbusluq dövrünü yaşayırlar. Çünkü cəmiyyət qınayır, xor baxır, etibar etmir, güvənmir, iş vermir, bir sözlə onları sosial həyatdan kənarlaşdırırlar. Sanki onları bilərəkdən yenidən cinayət törətməyə sövq edir.
"Məhkumluq başqa sözlə islah olmaq dövrüdür. Bu qadınlar sosial məsuliyyətlərini anlayaraq yeni həyata başlamaq istəyir. Onların önünü kəsməyin. Əlindən tutun. Çünkü bu həyatda heç kim, heç nədən sığortalanmayıb"deyən Birlik sədri bu istiqamətdə bır sıra layihələr hazırladıqlarını söylədi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
185
1
sonxeber.az

2Mənbələr