AZ

İran prezidenti Qəzza zolağının bombalanmasını dayandırmağa çağırıb

İsrail və Fələstin arasındakı münaqişənin tezliklə sülh yolu ilə həlli tapılmalı, Qəzzanın bombalanması dayandırılmalıdır.

 

Oxu24.com  xəbər verir ki, bu sözləri İran prezidenti İbrahim Rəisi Moskvada Rusiya prezidenti Vladimir Putinlə danışıqları zamanı deyib.

 

“Qəzza zolağının bombalanması mümkün qədər tez dayandırılmalıdır. Bu məsələ təkcə bizim regionun deyil, bütün bəşəriyyətin problemidir. Ona görə də bu məsələnin çox tez həlli tapılmalıdır”, - deyə İran prezidenti Kremldə bildirib.

 

Rəisi yəhudi dövlətinin hərəkətləri nəticəsində fələstinli uşaqların itkisinin təəssüf doğurduğunu vurğulayıb.

 

Onun sözlərinə görə, oxşar emosiyalar ABŞ-ın İsraili dəstəkləməsi ilə bağlıdır.

 

“Beynəlxalq təşkilatlar, insan hüquqlarını müdafiə etməli olan təşkilatlar öz effektivliyini itirib. Bu, bütün dünya ictimaiyyətinin gözü qarşısında baş verir”, - Raisi əlavə edib.

 

Bundan əvvəl İran prezidenti rusiyalı həmkarını İrana cavab səfərinə dəvət edib və Putin buna razılaşıb.

 

 

 

 

Müəllif: Afət

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
31
oxu24.com

10Mənbələr