AZ

"Jurnalistin peşəkar fəaliyyəti Fransa hökumətinin xoşuna gəlmir" - Nigar Arpadarai

""Azərtac" İnformasiya Agentliyinin Fransanın müstəmləkəsi olan Yeni Kaledoniyaya ezam edilmiş əməkdaşı Aygün Həsənovanın polis bölməsində saxlanılaraq “arzuolunmaz şəxs” qismində ölkədən çıxarılıb. Əgər Fransa tərəfinin azərbaycanlı jurnalistin Fransanın hər-hansısa qanunlarını pozduğunu düşünməyə əsası varsa, o zaman bu barədə məlumat verilməli, səbəbləri açıqlanmalıdır". SİA xəbər verir ki, bu sözləri açıqlamasında Nigar Arpadarai deyib.

O bildirib ki, əks halda səbəb jurnalistin peşəkar fəaliyyətidir, yəni bu jurnalistin nəyi və necə işıqlandırması Fransa hökumətinin xoşuna gəlmir və bu zaman biz fərqli vəziyyətlə üzləşirik: "Bir tərəfdən, hər bir ölkənin kimin ölkəyə gəlməsinə icazə vermək haqda qərar vermək hüququ var.

Amma digər tərəfdən, bu halda, Yeni Kaledoniya, Fransanın müstəmləkəsidir. Müstəmləkəçilik keçmişdən qalan, tarixin utancverici bir səhifəsidir və Fransa bu keçmişdən əl çəkmək istəmir. Jurnalistin qovulması da elə Fransanın bu keçmişlə vidalaşmaq istəməməsinin simvoludur.

Fransa hökuməti vəziyyəti elə təqdim etməyə çalışır ki, Yeni Kaledoniya sakinləri özləri də Fransanın tərkibində qalmaq istəyirlər. Lakin jurnalistin ölkədən çıxarılması bu rəvayətləri təkzib edir və göstərir ki, Fransa hökuməti bu ölkədəki vəziyyətin kənardan işıqlandırılmasını istəmir".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
227
sia.az

1Mənbələr