AZ

Rəisidən Qəzza ilə bağlı açıqlama

“Qəzza zolağının bombalanması mümkün qədər tez dayandırılmalıdır. Bu məsələ təkcə bizim regionun deyil, bütün bəşəriyyətin problemidir. Ona görə də bu məsələnin çox tez həlli tapılmalıdır”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri İran Prezidenti İbrahim Rəisi Moskvada Rusiya lideri Vladimir Putinlə danışıqları zamanı deyib.

“Beynəlxalq təşkilatlar, insan hüquqlarını müdafiə etməli olan təşkilatlar öz effektivliyini itirib. Bu, bütün dünya ictimaiyyətinin gözü qarşısında baş verir”, - Rəisi əlavə edib.

Seçilən
105
1
Mənbələr
Şərh ()
Bağla