AZ

Bu təşkilat da Rusiyada arzuolunmaz hesab edildi...

...Baş Prokurorluq Amerikanın Rusiyada Demokratiya Naminə Rusiya QHT-ni Rusiyada arzuolunmaz təşkilat kimi tanıyıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Dövlət Dumasının deputatı Andrey Luqovoy teleqramında bildirib.

Qeyd edək ki, bu məlumat hələ ki, rəsmi olaraq dərc olunmayıb.

Onu da qeyd edək ki, Rusiya qanunları arzuolunmaz kimi tanınan təşkilatlarla əməkdaşlığa görə cinayət məsuliyyətini nəzərdə tutur.

Yeri gəlmişkən, Luqovoy Londonda Rusiyanı tərk edən keçmiş Dövlət Təhlükəsizlik Komitəsi polkovnik-leytenantı Aleksandr Litvinenkonun qətlində ittiham olunan keçmiş Federal Təhlükəsizlik Xidmətinin zabitidir.

Onun sözlərinə görə, sən demə, təşkilat “ölkəni parçalamaq və hakimiyyəti xarici işğalçılara ötürmək üçün kampaniya hazırlamaq” üçün yaradılıbmış.

QHT-nin saytında bildirilir ki, o, ABŞ-da yaşayan, Rusiyada azadlıq və demokratiyanın tərəfdarı olan, Ukraynadakı müharibəyə qarşı çıxan rusları birləşdirir.

Ağasəf Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
sia.az

1Mənbələr