AZ

Ukraynalı sabiq deputat Moskvada öldürüldü

Ukrayna Ali Radanın keçmiş deputatı İlya Kiva Moskva vilayətində yaşadığı oteldə  öldürülüb.

Ölkə.Az xəbər verir ki,  Ali Radanın keçmiş deputatı Putindən sığınacaq istəyib və o Zelenskinin hakimiyyətinin sona çatacağını proqnozlaşdırıb.

Ali Radanın keçmiş deputatı Kiva odlu silahdan atəş açılmaqla qətlə yetirilib. Onun cəsədində iki güllə yarası aşkar edilib. Hadisə yerindən iki tapança gilizi və bir patron götürülüb.

Müstəntiqlər Kivanın avtomobilinə və son aylarda yaşadığı "Velich Country Club" otelindəki otağına baxış keçiriblər.

Sabiq deputatın cəsədi dekabrın 6-da günorta saatlarında tapılıb. Faktla bağlı cinayət işi açılıb.
Rusiya mediasının yazdığına görə, artıq Ukrayna xüsusi xidmət orqanları eks-deputatın qətlinə görə məsuliyyəti öz üzərinə götürüb.

Mürtəza
Ölkə.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
146
50
olke.az

10Mənbələr