AZ

Ukrayna Belqorod vilayətini atəşə tutdu

Ukrayna Silahlı Qüvvələri (AFU) Belqorod vilayətini atəşə tutub .

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya sərhədyanı vilayətinin qubernatoru Vyaçeslav Qladkov Telegram kanalında məlumat verib .

“Krasnoyaruz rayonunun Qrafovka kəndi Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulub. Ölən və yaralananlar olmayıb. Dağıntı var”, – deyə rayon rəhbəri bildirib.

Onun sözlərinə görə, Ukraynadan hücum nəticəsində üç fərdi evin hasarları, besedka və inzibati binanın pedamentinə ziyan dəyib. Qubernator əlavə edib ki, gündüz saatlarında xüsusi komissiya dəymiş ziyanı ölçməyə və bərpa işlərinə başlayacaq.

Seçilən
134
49
nocomment.az

10Mənbələr