AZ

Qəzza zolağından təxliyə edilən daha 68 rusiyalı Moskvaya aparılıb

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin təxliyə edilmiş ruslarla birlikdə xüsusi reysi Qahirədən Moskvaya uçub. “İl-76” təyyarəsi 31-i uşaq olmaqla 68 nəfəri daşıyacaq.

“Eyni zamanda, Misirdə Rusiya Fövqəladə Hallar Nazirliyinin operativ qərargahı fəaliyyətini davam etdirir. İnsanlara lazımi kömək və dəstək göstərilir. Xilasedicilər, psixoloqlar və həkimlər onların özlərini təhlükəsiz hiss etmələri üçün əllərindən gələni edirlər”, – deyən Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, uşaqlara, onların fiziki və psixoloji durumuna xüsusi diqqət yetirilir.

Departamentin məlumatına görə, Domodedovo hava limanında təxliyə edilmiş Rusiya vətəndaşlarını və onların ailə üzvlərini qarşılamaq üçün hazırlıq işləri görülür. İdarələrarası operativ qərargah yaradılıb, ilkin tələbat malları, isti geyim və ərzaqla təmin olunub, məlumat, psixoloji və tibbi yardım göstərilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
nocomment.az

1Mənbələr