AZ

Mauro İkardi “Qalatasaray”da qalacaq

Super Liqanın son qalibi “Qalatasaray” çempionluqda əsas pay sahibi olan Mauro İkardi ilə bağlı çıxan transfer xəbərlərinə münasibət bildirib.

Arena.az xəbər verir ki, uğurlu çıxışı ilə “Qalatasaray” azarkeşlərinin sevimlisi olan argentinalı hücumçu yeni mövsümün əvvəlində Fransa klubu PSJ-dən ayrılaraq birdəfəlik İstanbul klubuna keçib.

İkardiylə əlaqədar çıxan transfer xəbərlərində son olaraq İspaniya nəhəngi “Real”ın bu oyunçu ilə maraqlandığı qeyd olunurdu. Lakin “Qalatasaray” rəhbərləriyi bu dedi-qodulara cavab olaraq oyunçunun bu mövsümün sonuna kimi komandada qalacağını bildirib. Klub rəhbərliyi həmçinin digər oyunçulara gələcək təklifləri dəyərləndirəcəklərini də qeyd edib.

Mauro İkardi bir müddət icarə əsasında çıxış etdiyi “Qalatasaray”a cari ilin iyulunda 10 milyon avro müqabilində PSJ-dən tamhüquqlu transferlə keçib. Argentinalı hücumçunun “Cimbom”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə İkardı “Qalatasaray”ın heyətində 23 oyuna 16 qol, 5 məhsuldar ötürmə ilə fərqlənib. İkardi 2022/2023 mövsümündə “Qalatasaray”la Türkiyə Super Liqasının qalibi olub.

Argentinalı hücumçu “Qalatasaray”a qədər PSJ, “İnter” və “Sampdoriya”da çıxış edib.

Mauro İkardi 2013-cü ilin oktyabrında debüt etdiyi Argentina yığmasının heyətində 8 oyun keçirib, 1 qol vurub, eyni sayda məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 30 yaşlı Mauro İkardini 20 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
13
arena.az

10Mənbələr