AZ

“Reuters”in müxbiri öldürüldü

İsrailin hücumları nəticəsində “Reuters” xəbər agentliyinin livanlı jurnalisti İsam Abdulla öldürülüb. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə Beynəlxalq “Human Rights Watch”ın (HRW) Livan nümayəndəsi Remzi Kays məlumat verib. 

O, hücuma məruz qalan jurnalistlərin yerləşdiyi bölgədə hərbi hədəfin olmadığını bildirib.

“Jurnalistlərin yerləşdiyi yerə 37 saniyə ərzində ardıcıl 2 hücum həyata keçirilib”.

Həmin gün jurnalistlər Hizbullah və İsrail ordusu arasında qarşıdurma nöqtəsindən ən az 1,5 kilometr uzaqda olduğunu bildirən Kays, jurnalistlərin yerinin və qarşıdurmaların məsafəsinin müəyyən edilməsi üçün mütəxəssislər tərəfindən 49 ayrı video və peyk şəklinin araşdırıldığını qeyd edib.

Kays bütün jurnalistlərin üzərində “mətbuat” yazılmış polad jiletlər geyindiyini bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
nocomment.az

1Mənbələr