Bakı. Trend:
İran və Rusiya arasında bank əməliyyatları aktivləşdirilib.
Trend-in məlumatına görə,bunu İranın Mərkəzi Bankının baş direktoru Məhəmmədrza Fərzinmediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, Rusiyanın "Mir" və İranın "Şetab" kartşəbəkələri birləşdirilib və İran və Rusiyanın valyuta sazişi icraolunub.
Fərzin deyib ki, sazişə əsasən iki ölkə arasında bankəməkdaşlığı iki ölkənin valyutası (rubl və rial) ilə həyatakeçiriləcək.
İranlı rəsmi qeyd edib ki, İran və Rusiya mərkəzi banklarıarasında müştərək addım sənədində üç məsələ nəzərdə tutulub. Bunlar"iki ölkənin ticarətində milli valyutalarından istifadə", "ikiölkənin yerli SEPAM və SPFS bank mesaj sistemindən istifadə" və"iki ölkənin ödəniş kart sisteminə qoşulmaq"-dır.