AZ

Timsah üçün göz yaşları - Dünyanın ən yaşlı timsahı ölüb, sahibləri üzgündür

Dünyanın ən böyük və ən yaşlı timsahı ölüb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Avstraliyanın Dəniz timsahları parkı sosial şəbəkələrdə məlumat yayıb.

Duzlu su timsahı “Kassius” 1987-ci ildən parkda yaşayırdı və 2010-cu ilə qədər böyüməyə davam edib, nəticədə uzunluğu 5,48 metrə, çəkisi bir tona çatıb. Onun təxminən 110 il yaşadığı ehtimal edilir. “Kassius” ölkənin şimalında yaxalanıb, o, burada fermerlərin mal-qarasını ovlayıb və motorlu qayıqlara hücum edib. Tutulan zaman timsah ön sol pəncəsinin bir hissəsini, ağzının bir parçasını və quyruğunun ucunu itirmişdi.

Zooloqlar hesab edirlər ki, o, bu cür timsahlar adətən vəhşi təbiətdə yaşayan həmyaşıdlarından daha çox yaşayır. Oktyabrın 5-də onun vəziyyəti pisləşməyə başlayıb, noyabrın 2-də isə onun öldüyü məlum olub.

"Bu, timsahdan artıq bir şey idi, ailəmizin üzvüydü və 37 il boyunca zoopark sahibi Corcun gözəl dostu olmuşdu", - park rəsmiləri üzüntülərini ifadə ediblər.

Musavat.com

Seçilən
109
1
musavat.com

2Mənbələr