AZ

Ən çox kredit verilən sahələr - Cədvəl

Cari ilin sentyabrın 30-una olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən bankların kredit portfelinin həcmi 28 milyard 404 milyon manat olub.

Valyuta.az Mərkəzi Bankın açıqladığı məlumatlara istinadən xəbər verir ki, kredit portfelinin ən böyük hissəsini ev təsərrüfatlarına verilən kreditlər təşkil edib. Belə ki, hesabat dövründə banklar tərəfindən ev təsərrüfatlarına verilən kreditin həcmi 15 milyard 747 milyon manat olub. Bank Olmayan Kredit Təşkilatları (BOKT) tərəfindən ev təsərrüfatına verilən kreditlərin məbləği 618 milyon 900 min manat olub.

Cari ilin sentyabrın 30-una olan məlumata görə, kredit qoyuluşlarının sahələr üzrə strukturu ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

            Real sektora kredit qoyuluşu (milyon manat)    
  Sektorlar   Bank Qeyri-bank
  Ev təsərrüfatlarına    15 747  618.9
  Ticarət və xidmət sektoru   3 970.4 68.6
  Nəqliyyat və rabitə sektoru   1768.2 5,6
  Sənaye və istehsal sektoru   1441.7 738.7
  İnşaat və tikinti sektoru   1204.7 0.1
  Mədənçıxarma və elektrik enerjisi      
  qaz, buxar və su təsərrüfatı sektoru   802.4 48.6
  Kənd təsərrüfatı, meşə təsərrüfatı       
  və balıqçılıq sektoru   450.0 79.7
        Valyuta.az

Əvəz Həsənov

Seçilən
68
1
valyuta.az

2Mənbələr