AZ

Artan fişinq hücumlarının qurbanı olmamaq üçün nə edək? - AÇIQLAMA

Bakı. Trend:

Azərbaycanda bir neçə ildir ki, fişinq hücumlarının artdığınıgörürük.

Bu barədə Trend-ə açıqlamasında Azərbaycan İnformasiya vəKommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarəHeyətinin sədri Elvin Abbasov məlumat verib.

Onun sözlərinə görə, belə hücumlar adətən şirnikləndiricivədlərlə kommunalların ödənməsi, logistika xidmətləri, müxtəlifbank, dövlət qurumu adı ilə edilir.

"Bu barədə vətəndaşlara linklər gəlir. Linklərin göndərilməsindəəsas məqsəd vətəndaşın fərdi məlumatlarıyla yanaşı bank kartınınməlumatlarını əldə etməkdir. Bundan qorunmağın əsas yolu sizəgöndərilən linklərə diqqət etməməkdir. Birinci məsələ tanımadığınızşəxslərdən gələn linkləri açmamaqdır. Əks halda sizin fərdiməlumatlarınıza, bank kartlarınıza və telefonunuza kənar müdaxiləhalları baş verə bilər. Siz onlara diqqət etsəniz, formudoldursanız, artıq dələduzların qurbanına çevrilisiniz."

Elektron Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda bildirilirki, kiberdələduzlar vətəndaşlara mesajlar göndərərək paketlərininanbara gəldiyini və bağlamada ev ünvanın qeyd olunmadığınıbildirib, ünvanın yenilənməsi üçün saxta keçidlərəyönləndirirlər.

Qeyd olunan keçidlərdə vətəndaşların bank kartı və digər fərdiməlumatlarını ələ keçirmək üçün bölmələr yaradılıb.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara naməlum mənbələrdəndaxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bankkartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, rəsmiməlumatları yalnız müvafiq qurumun özündən dəqiqləşdirməyi tövsiyəedir.

Artan
Məqalədə:
Seçilən
72
4
az.trend.az

5Mənbələr