AZ

“Yeni sayt istifadəçilərə daha çox imkanlar verir” - Zaur Əliyev

“Hazırda saytımızda yer alan bir çox bölmələr üçün məlumat bazamız ilkin dövrlərdə mövcud deyildi. Bu gün isə yenilənmiş sayt artıq istifadəyə hazırdır. Hazırda saytımızda daha geniş funksionallıq və əhali üçün əhəmiyyətli məlumat bazamız mövcuddur”. SİA xəbər verir ki, bu sözləri İTSDA-nın İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

O bildirib ki, sayt icbari tibbi sığorta sistemini tənzimləyən qaydalardan tutmuş vacib resurslara qədər bütün məlumatları özündə cəmləyir ki, vətəndaşlarımız bu məlumatlara rahatlıqla və çevik şəkildə çıxış əldə edə bilsinlər.

Yeni saytımız istifadəçilərə daha çox imkanlar verir: indi tibbi sığorta və dövlət tibb müəssisələri haqqında məlumatları asanlıqla tapmaq, tibb müəssisələrinin ünvanlarına və əlaqə vasitələrinə rahat çıxış əldə etmək mümkündür. Tibbi xidmətlərin sürətli axtarış sistemi və qəbul üçün elektron müraciət kimi yeniliklər saytı daha istifadəçiyönümlü və əlçatan edir.
İnanıram ki, hər biriniz burada sığorta ilə bağlı lazım olan məlumatı asanlıqla tapacaq və faydasını görəcəksiniz. Necə ki, icbari tibbi sığorta sistemimiz əhali üçün faydalıdır, inanıram ki, saytımız da bu istiqamətdə vətəndaşlara eyni dərəcədə faydalı və əlçatan olacaq”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
79
sia.az

1Mənbələr