AZ

İsrail qüvvələri Dəməşqdə yaşayış binasını vurub

İsrail qüvvələri Dəməşqin Mezza məhəlləsində yaşayış binasına hücum edib.

"Operativ Media" xəbər verir ki, bu barədə SANA dövlət agentliyi məlumat yayıb.

Məlumata görə, atəş nəticəsində ölənlər olub.

Daha sonra Əl Hadath telekanalı Dəməşqdəki mənbələrə istinadən xəbər verib ki, İsrail Hərbi Hava Qüvvələrinin Suriya paytaxtının qərbindəki Mezza məhəlləsində yaşayış binasını vurması nəticəsində azı 4 nəfər həlak olub.

Hücum İranın Suriyadakı səfirliyinə 1 km-dən az məsafədə yerləşən binaya düşüb.

Hadisənin baş verdiyi ərazi polis tərəfindən mühasirəyə alınıb, hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işləyir.

Suriya Müdafiə Nazirliyi İsrailin Dəməşqin Mezza məhəlləsində yaşayış binasına endirdiyi zərbələr nəticəsində 3 mülki şəxsin həlak olması və daha 3 nəfərin yaralanması barədə məlumat yayıb.

Suriya Xarici İşlər Nazirliyi İsrail qüvvələrinin ölkədə mülki insanlara qarşı hücumlarını pisləyib və BMT Təhlükəsizlik Şurasını yəhudi dövlətinə qarşı tədbir görməyə çağırıb.

Seçilən
54
50
operativmedia.az

10Mənbələr