app.update_app_description
Çanaqqalanın Pınarbaşı kəndində dünən evdən çıxan və itkin düşən 12 yaşlı Rəsul Quliyev bu səhər xilasedicilər tərəfindən ağacda yatarkən tapılıb.
Oxu.Az bu barədə "Sputnik Türkiyə"yə istinadən xəbər verir.
Rəsulun anası Yaqut Əsgərova oğlunu dünən məktəbdən qayıdarkən çantasının cırıldığına görə danlayıb. Ondan sonra Rəsul qorxduğu üçün evi tərk edib.
Rəsul 17 saatdan sonra evlərindən 7 kilometr aralı Bozcaalan ərazisindəki tarlada ağacın başında yatarkən tapılıb. Uşaq evlərinə gətirilib.