AZ

Azərbaycan “yaşıl” energetikaya keçidə böyük əhəmiyyət verir - Asif Əsgərli

Bakı. Trend:

Azərbaycan “yaşıl” energetikaya keçidə böyük əhəmiyyətverir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan demokratik tələbəgənclər təşkilatının sədri Asif Əsgərli Bakıda keçirilən "Gəncliderlər vasitəsilə ekoloji siyasətə dəstək" beynəlxalq gənclərforumunda deyib.

Onun sözlərinə görə, Azərbaycan yalnız neft və qaz ixrac etməkləkifayətlənmir, həm də "yaşıl" enerji, "yaşıl" iqtisadiyyat və"yaşıl" fəlsəfənin inkişafı üçün səylər göstərir.

“Bugünkü dövrdə dünyada narahatlıq yaradan qlobal ekolojiproblemlər mövcuddur. Xarici nümayəndələr də Bakıya gəlib, bumövzuda öz baxışlarını və fikirlərini bölüşürlər”, – o qeydetdi.

O, Azərbaycanın "yaşıl" iqtisadiyyata keçidinin ölkəninprioritetlərindən biri olduğunu vurğuladı. İqlim dəyişmələri iləmübarizəyə dünyanın müxtəlif yerlərində vətəndaş cəmiyyəti və gəncliderlər qoşulub.

Qeyd edək ki, forum 18 ölkədən 24 gənc liderin, həmçininAzərbaycanın 60-dan çox gənclər təşkilatlarının rəhbərlərinin,dövlət qurumlarının nümayəndələrinin, mütəxəssislərin və digərqonaqların iştirakı ilə keçirilir.

Fransa, Finlandiya, Danimarka, Norveç, İspaniya, ÇexRespublikası, Bolqarıstan, Rumıniya, Macarıstan, Polşa, Latviya,Litva, Türkiyə, Moldova, Rusiya, Ukrayna, Gürcüstan vəQazaxıstandan olan aktiv gənc liderlər, gənclər qeyri-hökuməttəşkilatlarının rəhbərləri, mütəxəssislər və ekspertlərAzərbaycanlı həmkarları ilə mühit, iqlim dəyişikliyi ilə mübarizə,ekovolontarlığın genişləndirilməsi, həmçinin "yaşıl" iqtisadiyyatvə ekoloji iştirakın təşviqi, COP29 beynəlxalq ictimai dəstəyi vəAzərbaycanın qlobal tanıdılması sahəsində əməkdaşlıq, təcrübəmübadiləsi və şəbəkələrin yaradılması məsələləri üzrə panelmüzakirələri aparacaqlar.

Eyni zamanda, rəsmi qurumların və qeyri-hökumət təşkilatlarınınkoalisiyaları ilə görüşlər keçiriləcək və bu istiqamətdə aktivfəaliyyətin davam etdirilməsi məsələləri müzakirə ediləcək.

Qeyd edək ki, forum Azərbaycan Gənclər Fondunun, "AzərbaycanDemokratik Tələbə Gənclər Təşkilatı" ictimai birliyinin və GənclərTəşkilatları Milli Şurasının dəstəyi ilə keçirilir.

Forum 13 sentyabr tarixinədək davam edəcək.

Məqalədə:
Seçilən
10
2
az.trend.az

3Mənbələr