Bakı. Trend:
Mənzil elan saytlarında yerləşdirilən elanlarda spekulativaddımlar çox müşahidə olunur.
Bunu Trend-ə əmlakməsələləri üzrə tanınmış ekspert Ramil Osmanlı deyib.
O qeyd edib ki, saytlarla bağlı çox nikbin danışmağa gərəkyoxdur.
“Misal üçün, 2 otaqlı “Leninqrad” layihəli mənzil sahəsi 48kvadratdır. Amma saytda yerləşdirəndə 60 kvadrat metr yazırlar.Eyni qayda yeni tikililərə də aiddir. Təklif edilən evlərin birçoxu 2 otaqdan, hətta 1 otaqdan 3 otağa düzəldilmiş vəfunksionallığını itirmiş evlərdir.
Tutaq ki, “Leninqrad”, “Kiyev” layihəli 3 otaqlı evlərin sahəsitəqribən 62-65 kvadrat metrdir. Bunu düşünərək insanlar fikirlərşirki, əgər yeni tikilidə 65 kvadrat metr sahəsi olan 1 otaqlı mənzilivarsa onu 3 otağa çevirmək olar. Bu halda isə həmin evdəfunksionallıq itir. Ona görə ki, tikinti prosesi zamanılayihələndirilərkən o evə otaq sayı kimi bir və ya 2 otaq nəzərdətutulub, pəncərə sayı məhduddur və 3 otağa çevirən zaman bir otağapəncərə qoymaq olmur. Bu cür digər məsələlər ortaya çıxır və mənzilfunksionallığını itirir. Bu cür mənzilləri isə 3 otaqlı adı iləsaytlara yerləşdirirlər”, - deyə o əlavə edib.