Bakı. Trend:
Oleq Ozerov Rusiyanın Moldovadakı yeni səfiri təyin edilib.
Trend rus KİV-lərinəistinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti VladimirPutin sərəncam verib.
Qeyd edilir ki, Ozerov 2010-2017-ci illərdə Rusiyanı SəudiyyəƏrəbistanında təmsil edib, 2011-ci ildən isə Rusiyanın İslamƏməkdaşlıq Təşkilatında daimi nümayəndəsi vəzifəsini tutub.
Rusiya Xarici işlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiriolan O. Ozerov həm də “Rusiya-Afrika” Tərəfdaşlıq ForumununKatibliyinin rəhbəridir.