Bakı. Trend:
2024-cü ilin yanvar-avqust ayları üzrə operativ məlumatlaraəsasən, 8 ay ərzində Azərbaycanda 19,3 milyon ton neft (kondensatlabirlikdə) hasil edilib.
Respublika üzrə neft hasilatının 11,1 milyon tonu“Azəri-Çıraq-Günəşli”nin, 2,8 milyon tonu (kondensat) “Şahdəniz”in,0,4 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCARüzrə neft (kondensatla birlikdə) hasilatı 5 milyon ton təşkiledib.
Hesabat dövründə 16 milyon ton neft (kondensatla birlikdə)ixraca nəql olunub. Bunun 13,9 milyon tonu konsorsiumun, 2,1 milyontonu isə SOCAR-ın payına düşüb.
Cari ilin yanvar-avqust aylarında ölkədə neft emalı 4,4 milyontona yaxın təşkil edib.
2024-cü ilin avqust ayında gündəlik neft (kondensatla birlikdə)hasilatı 76 045 ton olub. Bunun 64 870 tonunu xam neft, 11 175tonunu kondensat təşkil edib.
8 ay ərzində ölkədə 33 milyard kubmetr təbii qaz hasil edilib.Qazın 8,7 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 18,1 milyardkubmetri “Şahdəniz”, 1,1 milyard kubmetri “Abşeron”, 5,1 milyardkubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünənisbətən təqribən 0,8 milyard kubmetr artımla qaz hasil edilib.
Bu dövrdə xaricə qaz satışı 16,4 milyard kubmetr təşkil edib ki,bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 3,1 faizçoxdur. Avropaya 8,4 milyard kubmetr, Türkiyəyə 6,5 milyardkubmetr, Gürcüstana isə 1,5 milyard kubmetr qaz satılıb. TürkiyəyəTANAP-la bu müddətdə 3,7 milyard kubmetr qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismaraveriləndən 01 sentyabr 2024-cü il tarixinədək 643 milyon ton neft(kondensatla birlikdə), 452,2 milyard kubmetr qaz hasil edilib.“Azəri-Çıraq-Günəşli”dən 595,8 milyon ton neft, 225 milyard kubmetrqaz, “Şahdəniz”dən isə 47,2 milyon tona yaxın kondensat, 227,2milyard kubmetr qaz hasil olunub.
Bu yataqlardan indiyə kimi 641,2 milyon ton neft (kondensatlabirlikdə), 162 milyard kubmetrə yaxın qaz ixraca nəql edilib.