Bakı. Trend:
“4SIM Azerbaijan” hazırda Azərbaycanda böyük dil modellərinininteqrasiyasına dair hazırlıq işləri görür.
Trend xəbər verir ki, bu barədə "4SIM Azerbaijan”-ın icraçıdirektoru Fariz Cəfərov "Chain Reaction 2024" forumunun "Metaversvə rəqəmsal iqtisadiyyata dalış" panelində bildirib.
"Biz ötən ildən rəqəmsal iqtisadiyyat strategiyasınınhazırlanmasına başlamışıq. Hal-hazırda bu strategiya tamamlanıb və2030-cu ilədək həyata keçiriləcək 51 böyük təşəbbüsmüəyyənləşdirilib. Bu təşəbbüslər insanların bacarıqlarınıartırmağa, infrastrukturun müasirləşdirilməsinə və 'Sənaye 4.0'konsepsiyası çərçivəsində bizneslərin rəqəmsallaşdırılmasınayönəlmişdir. Biz, həmçinin, Azərbaycanda süni intellektin böyük dilmodellərinin tətbiqi üçün hazırlıq işləri aparırıq. Ölkəninrəqəmsal əkizini yaratmağı planlaşdırırıq ki, iqtisadiyyatda nə başverdiyini və hansı dəyərlərin yaradıldığını daha yaxşı başa düşək",- o bildirib.
Onun sözlərinə görə, böyük investisiyalar vətəndaşların davamlıtəhsilinə yönələcək — proqram 650 müxtəlif şirkəti əhatə edəcək, buşirkətlər 'Sənaye 4.0' layihələrində iştirak edərək rəqəmsaltransformasiya prosesindən keçəcəklər.
"Biz diaqnostika edəcəyik ki, onların boşluqlarını aşkar edək vəgələcək vizyonunu müəyyən edək, sonra isə transformasiyaproqramlarını inkişaf etdirəcəyik. Eyni zamanda, hökumət beynəlxalqsertifikasiyaları maliyyələşdirməyə hazırdır, xərcləri qarşılayaraqölkədə qısa müddət ərzində ixtisaslı kadrların formalaşdırılmasınıtəmin edəcək. Biz həmçinin universitetlərlə əməkdaşlıq edirik vəAzərbaycanda böyük bir növbəti nəsil texnologiyalar mərkəziyaratmağı planlaşdırırıq, burada bizneslər rəqəmsallaşmaq üçün nəetməli olduqlarını praktikada görə biləcəklər. Google iləəməkdaşlıq çərçivəsində GIS proqramları inkişaf etdiririk, Appleilə isə universitetlərlə birlikdə dörd sertifikasiya mərkəzininyaradılması layihəsini həyata keçiririk", - o qeyd edib.
O qeyd edib ki, Azərbaycan Dördüncü Sənaye inqilabı Mərkəzinin(C22IR) açıldığı 22 ölkədən biridir.
"Bu, bizim Dünya İqtisadi Forumunda fəal iştirakımızıtəsdiqləyir. Bu fəaliyyət çərçivəsində enerji və hətta idmansahələrində süni intellektlə bağlı layihələr həyata keçirilir,məsələn, mübarizədə süni intellekt proqramları.
Məqsədimiz bazarda dəyişiklərin katalizatoru olmaq, hökumətə,biznesə və cəmiyyətə rəqəmsal dünyaya uyğunlaşmağa kömək etmək,beynəlxalq ekspertləri müzakirələr və təcrübə mübadiləsi üçün cəlbetməkdir. Biz həmçinin kriptovalyutalar, blokçeyn, Web3 vəMetaverse sahəsində təşəbbüsləri aktiv şəkildə dəstəkləyirik,gələcəyin rəqəmsal iqtisadiyyatında onların vacib rolunu başadüşərək. Binance ilə əməkdaşlıq kriptovalyutalar və blokçeynhaqqında məlumatlılığın artırılmasına, eləcə də Web3 ilə bağlıuniversitet layihələrinin inkişafına yönəlib", - Cəfərli əlavəedib.