Bakı. Trend:
Ermənistanın son zamanlarda Qərb ölkələrindən və Hindistandanmüasir silahlar, o cümlədən hava hücumundan müdafiə (HHM)sistemləri alması və bu arada Ukrayna Silahlı Qüvvələrinə sovetistehsalı raketlər və zenit-raket komplekslərini ötürməsi barədəxəbərlər geniş müzakirə mövzusuna çevrilib. Rusiya mənbələrininverdiyi məlumatlara görə, Ermənistanın bu addımları həm daxili, həmdə xarici təzyiqlərin artdığı bir vaxtda həyata keçirilir vəölkənin öz təhlükəsizliyini təmin etmək məqsədilə ABŞ-dan dəstəkqazanmaq cəhdləri ilə izah olunur.
Ermənistanla Avropa Komissiyası arasında saziş imzalanıb. Bunaəsasən İrəvan sovet istehsalı olan tank və zenit raketkomplekslərini Gürcüstan limanı vasitəsilə Kiyevə göndərməlidir.Silahların ümumi dəyərinin 210 milyon ABŞ dolları olduğubildirilir. Ermənistanın mövcud zenit müdafiə sistemlərini və 152mm-lik artilleriya qurğularını Ukraynaya təhvil verəcəyideyilir.
Bu, İrəvanı və erməniləri təhlükəyə atacaq addım kimidəyərləndirilir.
Qərb son zamanlarda Gürcüstanda da bənzər addımlar atır. Nəticəolaraq Cənubi Qafqazda zəifləyən mövqelərini geri qaytarmağaçalışır.
Sosial şəbəkələrdə və mass-mediada Ermənistanın Ukraynaya böyükhəcmdə hava müdafiə sistemləri verdiyi bildirilir. Həmin sistemlərarasında S-300, "Buk", "Osa" və "Tor" kompleksləri ilə yanaşı, busistemlərə uyğun raketlər də yer alır. Ermənistan bu yolla Rusiyayaillər boyu göstərdiyi dəstəyi “qarşılıqlı minnətdarlıqla” ödəyib.Onun fikrincə, bu addım Rusiya-Ukrayna müharibəsi fonunda Moskvanınmaraqlarına qarşı atılmışdır və Tumanov bunu açıq şəkildə tənqidedir.
Məsələyə hələlik Rusiya Müdafiə Nazirliyi və digər aidiyyətiqurumlar tərəfindən rəsmi reaksiya verilməyib. Bununla belə,əvvəllər də Rusiya mediasında Ermənistanın Ukraynaya S-125 "Peçora"zenit-raket komplekslərini və "Toçka-U" raketlərini ötürdüyübildirilmişdi.
Ekspertlər bu sistemlərin müasir ordular üçün artıq əhəmiyyətiniitirdiyini vurğulasalar da, Ukrayna Silahlı Qüvvələri üçün beləsistemlərin hava hücumundan müdafiə sahəsində yaranmış boşluğudoldura biləcəyini qeyd edirlər.
Ermənistanın bu köhnə sovet sistemlərini öz arsenalından çıxarıbUkraynaya göndərməsinin arxasında geosiyasi səbəblər dayanır.Daxili iqtisadi və sosial böhranla üzləşən Ermənistan ABŞ-ın vəQərbin dəstəyini qazanmaq üçün belə bir addım atmaqla geosiyasi,siyasi və iqtisadi preferensiyalar əldə etmək niyyətindədir.
Eyni zamanda, Ermənistanın baş naziri Nikol Paşinyan silahlıqüvvələri müasir hava hücumundan müdafiə (HHM) sistemləri ilətəchiz etmək məqsədilə köhnə texnikanı və avadanlığı Ukraynayayollamağı, əvəzində "boşalmış yerlərə" Vaşinqton-Paris-Brüsseltriosundan yeni sistemlər, avadanlıq və texnika istəməkstrategiyasını reallışdırmağa başlayıb.
44 günlük İkinci Qarabağ Müharibəsi zamanı Ermənistanın sovetistehsalı HHM sistemlərinin Azərbaycan Ordusunun pilotsuz uçuşaparatları və yüksək dəqiqlikli silahları qarşısında tamamilə acizqalması, bu sistemlərin modernləşdirilməsinə ehtiyac olduğunugöstərdi. Müharibə zamanı bu komplekslərin əksəriyyəti sıradançıxarıldı və Ermənistan son illərdə Hindistan, Fransa və digərölkələrdən daha müasir radar və zenit-raket kompleksləri sifarişetməyə başlayıb.
Xüsusilə, Ermənistan 2023-cü ildə Hindistandan "Akash 1S" tiplimüasir zenit-raket komplekslərinin böyük bir partiyasını sifarişetmişdir. Bu komplekslər, sovet istehsalı S-125 sistemləri əsasındahazırlanmış və Hindistanın müdafiə sənayesinə aid IDRW (IndianDefense Research Wing) saytının məlumatına görə, artıq bu ilErmənistana təhvil verilməlidir. Bununla yanaşı, Fransa da 2023-cüilin payızında imzalanmış razılaşmaya əsasən, Ermənistana üç ədəd"Ground Master 200" radar sistemi vermişdir. Parisdəki mənbələrinməlumatına görə, Ermənistan yaxın zamanda Fransadan qısa mənzilliMistral zenit-raket kompleksləri də almağı planlaşdırır.
Bütün bu proseslər Ermənistanın Sovet istehsalı olan köhnə HHMsistemlərini Ukraynaya ötürməsi və qarşılığında Qərbdən yeni nəsilsilahlar əldə etməsi ilə əlaqələndirilir. Bu, bir növ qərbölkələrində məşhur olan “köhnəni ver, yenini al” prinsipi iləişləyən ticarət əməliyyatlarına bənzəyir. Ermənistan, Ukraynayaköhnə zenit-raket komplekslərini ötürməklə həm öz arsenallarınıtəmizləyir, həm də Qərbdən yeni texnologiyalar qazanaraq müdafiəsistemlərini gücləndirir. Bu strategiya, İrəvanın geosiyasimövqelərini möhkəmləndirmək üçün müasir silah texnologiyalarınamalik Qərb dövlətləri ilə əməkdaşlığını genişləndirmək arzusundanirəli gəlir.
Ermənistanın hava hücumundan müdafiə (HHM) sistemi son illərdəregiondakı gərgin geosiyasi vəziyyət və texnoloji inkişaflarfonunda mühüm diqqət mərkəzinə çevrilib. 2023-2024-cü illər ərzindəErmənistan HHM sistemlərinin modernləşdirilməsi və yenilənməsi üçünbir sıra beynəlxalq razılaşmalar imzalamış və müxtəlif ölkələrdənmüasir hərbi texnika və avadanlıqlar əldə edib. Bu müddət ərzindəErmənistanın HHM sahəsində atdığı addımlar, onun gələcəkdə öz hərbipotensialını gücləndirmək və qonşu dövlətlərdən gələn potensialtəhlükələrə qarşı müdafiəsini təmin etmək məqsədlərinigöstərir.
Xatırladaq ki, 44 günlük İkinci Qarabağ müharibəsi və sonrakısərhəd toqquşmaları Ermənistanın HHM sistemlərinin zəifliyini üzəçıxardı. Ermənistanın əsasən sovet istehsalı olan hava müdafiəsistemləri Azərbaycan Ordusunun pilotsuz uçuş aparatları (PUA) vəyüksək dəqiqlikli silahları qarşısında aciz qaldı. Bu məğlubiyyətErmənistanı öz HHM qüvvələrini gücləndirmək məqsədilə yenistrategiyalar hazırlamağa və modern HHM texnologiyaları əldə etməyəsövq etdi.
Ermənistanın 2023-cü ildə HHM sahəsində mühüm tərəfdaşlarındanbiri də Fransadır. Fransa ilə bağlanmış razılaşmaya əsasən, 2023-cüilin payızında Ermənistan Ground Master 200 (GM200) radarsistemləri alıb ki, sözügedən radar sistemləri Ermənistanın havaməkanını effektiv şəkildə nəzarət etmək və potensial havahücumlarını vaxtında müəyyənləşdirmək üçün istifadə ediləcək."GM200" radarları çoxfunksiyalıdır və həm aşağı hündürlükdə uçanhədəfləri, həm də uzaq məsafədəki raketləri aşkar etməkqabiliyyətinə malikdir.
Bundan əlavə, Ermənistan yaxın gələcəkdə Fransa ilə daha birböyük hərbi müqavilə imzalamağı planlaşdırır. Bu razılaşmaçərçivəsində Ermənistan "Mistral" qısa mənzilli zenit-raketkomplekslərini əldə edəcək. "Mistral" sistemləri aşağı uçantəyyarə, helikopter və PUA-ların məhvi üçün nəzərdə tutulub vəyüksək manevr qabiliyyətinə malikdir.
Ermənistanın HHM sahəsində ənənəvi müttəfiqi olan Rusiya ilə dəəlaqələri mövcuddur. Lakin son illərdə Ermənistanın Qərb ölkələrivə Hindistanla əməkdaşlığı artırmasına baxmayaraq, o, Rusiya iləhərbi-texniki əlaqələrini qoruyub saxlayır. Ermənistanınarsenalında hələ də S-300, "Buk", "Osa" və "Tor" zenit-raketsistemləri kimi sovet istehsalı sistemlər mövcuddur. Bununla belə,Ermənistanın bəzi mənbələrə görə, bu köhnə sovet sistemləriniUkraynaya ötürməsi xəbərləri yayılmışdır. Ekspertlərin fikrincə,Ermənistan bu addımı atmaqla ABŞ və Qərb dövlətlərindən dəstəkqazanmağa çalışır.
Ümumiyyətlə isə, Ermənistan müasir və potensial təhlükələrdən özhava məkanını müstəqil şəkildə effektiv qorumağa qadir olmayanölkələr sırasına daxildir. Respublikanın öz səmasını qorumaq üçünzəruri texnoloji, kadr və daha da önəmlisi, maliyyə resurslarıyoxdur. Yalnız öz gücünə əsaslanan milli Hava Hücumundan Müdafiə(HHM) sisteminin yaradılması Ermənistan kimi kiçik və ən önəmlisi,dövlət subyektliyindən məhrum olan ölkələr üçün mümkünsüz biryükdür.
Ermənistan Silahlı Qüvvələri öz hava sərhədlərini yalnız Rusiyaistehsalı olan sistemlərlə və Rusiya tərəfdaşının hərbi-texnikimüşayiəti ilə müdafiə edir. Moskva Ermənistanda silahlanmış HHMsistemlərinin təmiri və modernləşdirilməsi üçün istehsal bazasınınlokallaşdırılması üzrə ilkin şərtlər yaratdı. Ermənistandakı“Patneş” QSC Razdan şəhərində rabitə vasitələrinin, radartexnikasının, Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (AİS) üçünfunksional blokların istehsalı, təmiri, testi və texniki xidmətini,eləcə də S-300 və digər HHM sistemlərinin təmiri vəmodernləşdirilməsi ilə məşğul olur. Ermənistanın hərbi-sənayekompleksində HHM vasitələrinin, P-14, P-15, P-18, P-19radarlarının, “Şilka” zenit-özüyeriyən qurğularının (ZÖQ), “Kruq”,“Strela-10”, “Osa-AK” zenit-raket komplekslərinin (ZRK) tam və yaqismən modernləşdirilməsi həyata keçirilir.
Sonuncu erməni-rus hərbi-texniki əməkdaşlıq üzrə hökumətlərarasıkomissiyanın iclasının nəticələrinə görə, Ermənistanda HHM və hərbihelikopterlər də daxil olmaqla, hərbi texnikanın təmiri və texnikixidməti üçün çoxfunksiyalı sertifikatlaşdırılmış mərkəzin açılmasıqərara alındı.
Sertifikatlaşdırılmış mərkəzlərin yaradılması layihələri hələErmənistan və Rusiya arasında 25 iyun 2013-cü il tarixindəimzalanan "Hərbi-texniki əməkdaşlığın inkişafı haqqında"müqavilədən əvvəl irəli sürülmüşdü. O zamanlar bunlar ayrı-ayrıtexniki xidmət klasterləri kimi planlaşdırılırdı, hərbi texnikanınkonkret növü üzrə ixtisaslaşmışdı. Beləliklə, Çarentsavanmaşınqayırma zavodu və Uralvaqonzavod hazırda Ermənistan ordusununsilahlanmasında olan T-72 tanklarının və digər zirehli texnikanıntəmiri və xidmətini həyata keçirmək üçün 2012-ci ildə imzalanmışmüqavilələri icra edirlər. Ermənistana ehtiyat hissələri, texnikisənədlərin təchizatı, həmçinin T-72 tanklarının modernləşdirilməsiperspektivləri müzakirə edilir. HHM vasitələri üzrə layihəsənədlərinin hazırlanması Ermənistan Müdafiə Nazirliyi ilə Rusiya“Almaz-Antey” konserni arasında razılaşdırılmışdır. Ermənistanda“Mi” helikopterlərinin təmirinə Rusiyanın “Oboronprom” Birgə SənayeKorporasiyası da qoşulmuşdur.
Ermənistan ərazisinin effektiv hava hücumundan müdafiəsi, yalnızBMT Təhlükəsizlik Şurasının daimi üzvü statusuna malik olan birnüvə dövlətinin iştirakçısı olduğu birləşmiş sistem çərçivəsindəmümkün ola bilər.
Ermənistanın ərazisi 30 min kvadrat kilometrdən kiçikdir və ölkəəhalisinin 30%-dən çoxu paytaxt İrəvanda yaşayır. İrəvanda və onun30 km radiusunda Ermənistanın strateji əhəmiyyətli enerjiobyektləri, o cümlədən Cənubi Qafqazın yeganə atom stansiyasıyerləşir.
Ermənistanın öz döyüş aviasiyası yoxdur. Ermənistanın qərb vəcənub-qərb hava sərhədlərini Rusiya MiQ-29 təyyarələri İrəvanyaxınlığındakı “Erebuni” aviabazasından döyüş növbəsi apararaqqoruyur. 2014-cü ildə “Erebuni”də helikopter eskadrilyasıyaradıldı. Burada Rusiyanın Cənub Hərbi Dairəsinə (CHD) məxsusMi-24P, Mi-8MT və Mi-8SMV helikopterlərinin iştirakı vacibobyektlərin havadan qorunması, bölmələrin və yüklərin operativdaşınması imkanlarını genişləndirdi.
Belə bir vəziyyətdə Nikol Paşinyanın Qərbin sifarihlərini vətəlimatlarını yerinə yetirərək Rusiyanı aldatmağa çalışması İrəvanüçün yetərincə riskli vəziyyət formalaşdırır.
İrəvanın iddiaları təkzib edəcəyi, heç nə olmamış kimidavranacağı şübhəsizdir.
Amma Moskva ermənilərə inanacaqmı?