Bakı. Trend:
Elə məktəb direktorları var ki, onların qəbuluna düşmək mənim,nazirin qəbuluna düşməkdən daha çətindir.
Trend xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev Bakışəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanıdeyib.
Nazir qeyd edib ki, belə hallar var.
“Məktəb direktorları, valideynlərlə siz görüşürsürüz, siz onlaralazım olan mesajı çatdırırsınız. Bu halda siz həmin mesajı necəçatdırırsınız?
Mən istəyərdim ki, biz bu cür halları müzakirə edək. Necə edəbilərik ki, bu prosesi yaxşılaşdıraq”,- deyə nazir əlavə edib.
Qeyd edək ki, Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransıkeçirilir.
Konfransda elm və təhsil naziri Emin Əmrullayev, ali məktəbrektorları, millət vəkilləri, Elm və Təhsil Nazirliyi yanındaMəktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA)direktoru Eşqi Bağırov, MÜTDA-nın direktor müavini, Bakı Şəhəriüzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edənNərminə Hüseynova, nazirliyin, MÜTDA-nın və BŞTİ-nin müvafiqstruktur bölmə rəhbərləri, ictimaiyyət nümayəndələri, məktəbdirektorları, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrininrəhbərləri, müəllimlər və KİV nümayəndələri iştirak edirlər.