Bakı. Trend:
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hərəkətdə olaniriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin çəki vəkütlə parametrlərini ölçən texniki vasitələrin (elektrontərəzilərin və çiplərin) ümumi istifadədə olan avtomobil yollarındaquraşdırılması ilə əlaqədar yolda hərəkətin məhdudlaşdırılmasıbarədə hərəkət iştirakçılarına (sürücülərə) müraciət edib.
Trend xəbər verir ki,müraciətdə deyilir ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 55,3-cükilometrində (Cəngi ərazisi) quraşdırılması nəzərdə tutulanelektron tərəzi sistemi işlərinin başladılması ilə əlaqədar bugündən başlayaraq təqribən 2 ay müddətində nəqliyyat vasitələrininhərəkətinin qismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metrməsafədə kənardankeçmə yolu ilə təşkil ediləcək.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunanmüddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətliolmaları, ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinəvə yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur", -agentlik bəyan edib.