Bakı. Trend:
Ötən il bağçalara 14 müdir, 142 tərbiyəçi müəllim işə qəbuledilib.
Trend xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsilüzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, Bakı Şəhəri üzrəTəhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən NərminəHüseynova Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransındaçıxışı zamanı deyib.
O qeyd edib ki, məktəblərə isə 12 direktor, 2472 müəllim işəqəbul olub.
“Ötən il 9 məktəb təmir edilib, 3 məktəb isə yeni inşa olunub.51 bağça isə təmir edilib, 2 bağça yeni inşa olunub”,- deyə o əlavəedib.
Qeyd edək ki, Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransıkeçirilir.
Konfransda elm və təhsil naziri Emin Əmrullayev, ali məktəbrektorları, millət vəkilləri, Elm və Təhsil Nazirliyi yanındaMəktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA)direktoru Eşqi Bağırov, MÜTDA-nın direktor müavini, Bakı Şəhəriüzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edənNərminə Hüseynova, nazirliyin, MÜTDA-nın və BŞTİ-nin müvafiqstruktur bölmə rəhbərləri, ictimaiyyət nümayəndələri, məktəbdirektorları, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrininrəhbərləri, müəllimlər və KİV nümayəndələri iştirak edirlər.