AZ

Azərbaycan səhiyyəsinin GERÇƏK... EYBƏCƏR ÜZÜ... - ETİRAZ VAR...

Dövlətin, millətin bu qədər pulu hara gedir, bu qurumların heç bir hesabat, cavabdehliyi və məsuliyyətləri yoxdurmu?Müraciət edənlərin - kiçik bir hissəsi istisna olmaqla, müxtəlif bəhanələrlə əksəriyyətinə tibbi yardım göstərməyən, tibbi yardımları göstərməkdən imtina edən, Azərbaycanda adı olub, özü olmayan 3 qurum, "səhiyyə xidməti" adı altında əhaliyə müvafiq xidmət göstərməyən, əhalinin yalan güvən yeri: 1. İCBARİ TİBBİ Sığorta üzrə Dövlət Agentliyi. 2. TƏBİB3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi.BU 3 QURUMA - əhalini pulsuz və sığorta ilə müalicə etmək üçün:1. Dövlət büdcəsindən hər il böyük həcmdə pul ayrılır.2. Müxtəlif təşkilatlar, xeyriyyə və fondlardan pul ödənilir.3. Hər bir işçinin əmək haqqından ayda - 2 faiz pul tutulur.4. Hər bir işçinin əmək haqqından ayda - 2 faiz İşəgötürəndən pul tutulur.5. Hər bir işçinin əmək haqqından - 2 faiz, işəgötürəndən - 2 faiz olmaqla, cəmi 4 faiz.6. Azərbaycanda 6 000 000 işçinin olması, orta əmək haqqının 1000 manat olması və bu məbləğdən hər ay - 4 faiz pul tutulur.7. Mülki müqavilə ilə işləyənlərdən hər ay - icbari tibbi sığorta üçün 14 manat pul tutulurQeyd olunan bu ödənişlərin hamısının bir ali məqsədi var.Azərbaycan Respublikası hərbir vətəndaşının pulsuz və İCBARİ SIĞORTA İLƏ MÜALİCƏSİNİ i HƏYATA KEÇİRMƏK. REALLIQ: Heç bir dövlət tibb müəssisəsində Pulsuz tibbi xidmət həyata keçirilmir, icbari tibbi sığorta isə yoxdur, reklam xatirinə 2-3 müalicə istisna olmaqla.Bu qurumlara edilən müraciətlər isə karusel oyununa düşür.BU QURUMLARA EDİLƏN MÜRACİƏTLƏRƏ:1. Ən yaxşı halda cavab verilmir, bəlkə də bu daha yaxşıdır, insan boş yerə əziyyət çəkmir.2. Formal cavab verilir, cavab verildi deyə.3. Müxtəlif qanunsuz bəhanələrlə icbari tibbi ya dövlət hesabına pulsuz tibbi xidmətlər göstərilməkdən imtina edilir.4. Müraciətlər başqa tibbi quruma göndərilir.5.Ötür-ötür oyunu oynamaqla müraciət şəxs başqa qurumlara göndərilir, karuselə salınır.6. Müraciət edən şəxsə bu qurumlardan heç bir səlahiyyəti olmayan şəxs - formal olaraq zəng edir.7.Zəng edən şəxs çətin vəziyyətə düşdükdə, problemi öyrənib yenidən zəng edəcəyini bildirsə də yoxa çıxır.Nəticədə isə: Müraciət edən şəxsə heç bir tibbi yardım göstərilmir, icbari tibbi sığorta və ya pulsuz tibbi xidmət əvəzinə, şəxs əlavə əzab əziyyətlərə düşür.Fikrimcə, İcbari tibbi sığorta,dövlət hesabına müalicə əlçatan olmalıdır, imtina üçün səbəb olmamalıdır, xəstə və onun qohumları əzab əziyyətə salınmamalı, onları incidənlər isə qanun qarşısında məsuliyyət daşımalıdırlar.Müəllif: Azər QuliyevNeftçilərin Hüquqlarının Müdafiəsi TəşkilatınınEksperti - Dia-az.İnfo

Seçilən
99
dia-az.info

1Mənbələr