Bu ilin yanvar-avqust aylarında Rusiyadan Hindistana köçürmələrin sayı bütün 2023-cü ilin göstəriciləri ilə müqayisədə 40 dəfə artıb.
Valyuta.az xəbər verir ki, bunu "Sber"in İdarə Heyətinin sədr müavini Anatoli Popov Şərq İqtisadi Forumu (EEF-2024) çərçivəsində "Reuters" agentliyinə müsahibəsində deyib.
"Bu ilin 8 ayında Rusiyadan Hindistana köçürmələrin sayı 2023-cü illə müqayisədə 40 dəfə, məbləğ isə təxminən 100 dəfə artıb. Əvvəllər buna buna heç tələbat yox idi", deyə Popov bildirib.
Rusiya Federasiyasından Hindistana uçan turistlər və Rusiyaya gələn hindistanlı turistlər üçün səfərlər zamanı nağdsız ödənişlər məsələsi üzərində də iş aparılır. Ənənəvi olaraq, kartlar Hindistanda o qədər də populyar deyil, insanlar ən çox QR kod texnologiyalarından istifadə edərək ödəniş edirlər.
Bundan əvvəl "Sber" müştərilərinin Hindistan rupisinə marağının artdığını bildirir və rupi-rubl valyuta cütlüyünün məzənnəsini müəyyən etmək üçün mövcud mexanizmləri adekvat hesab edilirdi.
Avqustun 10-da Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov "Rossiya-24" telekanalına müsahibəsində bildirib ki, Rusiya Hindistana ölkələr arasında vizasız qrup turist mübadiləsinə başlamaq üçün təklif göndərib.
İyulun əvvəlində "The Economic Times" yazıb ki, Hindistanın baş naziri Narendra Modi Moskvaya səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə iki ölkə arasında sürətli pul köçürmə mexanizmlərinin işlənib hazırlanmasını müzakirə etməyi planlaşdırır.
Paşa Məmmədli