AZ

Məhkum "türmə"də yeraltı kazino təşkil edib

Saratov vilayətində məhbus koloniyadakı yeraltı kazinodan pul qazanıb.

32gun.az bildirir ki, bu barədə Rusiyanın region üzrə İstintaq İdarəsi məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, məhkum cəzaçəkmə müəssisəsində oyun kartları və poker fişlərindən istifadə etməklə yeraltı kazino təşkil edib. O, digər məhbuslar arasında qumar oyunları keçirir, həmçinin nəticələrin və uduşların uçotunu aparırdı. Eyni zamanda təcavüzkar bu fəaliyyətdən qazanc əldə edib.

Həmin şəxsin cinayət əməli hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aşkarlanıb. Hadisə ilə bağlı qanunsuz qumar oyunlarının təşkili və keçirilməsi maddəsi ilə cinayət işi açılıb.

Nilay 

Seçilən
92
32gun.az

1Mənbələr