• Şikayət et

Apple şirkətinin qarışıq reallıq cihazı barəsində yeni məlumatlar verilib


    Hələ 2015-ci ildən internetdə Apple şirkətinin yeni məhsulu barəsində məlumatlar ortaya çıxır. Söhbət, qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazından gedir. The Information saytı öz yeni hesabatında Apple mühəndislərinin sözügedən cihazın hazırlanması prosesi çərçivəsində qarşılaşdıqları problemlər barəsində insayder məlumatlarını təqdim edib. Bundan əlavə olaraq jurnalistlər şirkətin bu layihəsində iştirak edən əməkdaşlar, cihazın satışa çıxacağı tarix üzrə proqnozlar və onun təqribi qiyməti barəsində məlumatlar veriblər. Beləliklə jurnalistlər Apple şirkətinin MX cihazı layihəsində yaxından iştirak edən 10 nəfər insan arasında sorğu keçirdiblər. Həmin şəxslərdən çoxu bir komandada çalışıblar. Beləliklə verilmiş məlumata əsasən 2016-cı ildə sözügedən layihəyə start verilən zaman Apple şirkətinin direktorlar şurasına sözügedən cihazın ilkin prototip modelləri sərgilənib. Bu, şirkətdən sözügedən layihə üçün daha çox investisiyanın əldə olunması üçün reallaşdırılıb. Daha sonrakı mərhələdə isə MX cihazın işlək test versiyalarının istehsalına start verilib.

Test versiyalardan bəziləri Microsoft-un əməliyyat sistemi əsasında çalışmış, digərləri isə HTC Vive adlı VR cihazın təkmilləşdirilmiş versiyaları olublar.

    Layihə üzərində çalışan şirkət əməkdaşlarından birinin sözlərinə əsasən hazırlanmış test versiyalarından biri hədsiz dərəcədə ağır olub. Lakin buna baxmayaraq şirkətin direktorlar şurası layihəni dəstəkləyiblər. Məlumatda qeyd edilib ki, cihazın bu qədər uzun müddət ərzində hazırlanmasının səbəbi texniki problemlər ilə bağlı olub. Həmin texniki problemlər isə Apple şirkətinin əvvəlki iddialı məhsullarında olduğu kimi hələ tam şəkildə istifadə edilməmiş texnologiyalar səbəbilə yaranıblar. Buna misal olaraq ilk iPhone modelini gətirmək olar. Lakin iPhone layihəsində iştirak etmiş çoxlu sayda insandan əlavə olaraq smartfonun hazırlanmasında və inkişaf etdirilməsində birbaşa Steve Jobs da iştirak edirdi. Apple şirkətinin hal hazırki CEO-su olan Tim Cook da qarışıq reallıq cihazı layihəsini dəstəkləyir. Lakin The Information saytının şirkət əməkdaşları arasında aparmış olduğu sorğuya əsasən o, Steve Jobs-un ilk iPhone modeli layihəsində aktiv iştirak səviyyəsini sərgiləmir. Məsələn şirkət mühəndislərinin sözlərinə əsasən Tim Cook onların çalışdıqları qrupların yerləşdikləri ofislərə çox nadir hallarda baş çəkir.


Qarışıq reallıq cihazı layihəsini dəstəkləyən Tim Cook səviyyəsində bir rəhbərin olmaması şirkətin digər məhsulları üzərində çalışan əməkdaş sayı və mühəndis resursu üzrə rəqabəti çətinləşdirir.

    Apple şirkətinin keçmiş baş dizayneri Jony Ive isə ümumiyyətlə bu layihəyə qarşı idi. Onun fikrincə bu cür cihazdan uzun müddət ərzində istifadə öz növbəsində gələcək istifadəçilər üçün heç də komfortlu olmayacaqdı. Bununla yanaşı Jony Ive-ın komandası düşünürdü ki, virtual reallıq insanları ayırır. Ola bilər ki, məhz bu səbəblə şirkət virtual reallıq yox, qarışıq reallıq cihazının hazırlanmasına üstünlük verdi. İstifadəçinin eyni anda cihaza əks olunan təsviri və onu əhatə edən ətraf mühiti görə bilməsini təmin etmək üçün cihazı xarici ekran ilə təchiz etmək qərarı verilmişdi. Məlumatda qeyd edilib ki, cihazın təkrar hazırlanma cəhdi 2019-cu ildə reallaşdırılmışdı. Jurnalistlər onun barəsində ətraflı məlumat verməyə söz veriblər. Çox güman ki, məhz həmin vaxtda Jony Ive ayrıca güclü hesablama blokuna sahib cihazın satış ideyasından imtina etdi. Buna görə də Apple şirkəti performans baxımından bir qədər zəif, lakin daha kompakt ölçülü cihazın yaradılması ideyasını dəstəklədi. Qeyri-rəsmi proqnozlara əsasən şirkət qarışıq reallıq cihazını 2023-cü ildə təqdim edəcək. Onun qiyməti isə 2000-3000$ təşkil edə bilər.

Mənbə:
0
198
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar