• Şikayət et

Apple öz cihazlarının fiziki məhdudiyyətli istifadəçiləri üçün yeni faydalı funksiyalar anons edib


    Apple şirkəti iPhone, iPad Watch modelləri üçün genişləndirilmiş yeni funksiyaları anons edib. Yaxın zamanda həmin cihazlar sistem yenilənmələrini əldə edəcəklər və həmin yenilənmələr fiziki məhdudiyyətli istifadəçilər üçün cihazlardan istifadə prosesini sadələşdirəcəklər. Beləliklə anons edilmiş funksiyalardan biri Live Captions adlanır. Sözügedən funksiya real zaman ərzində audionu ekranda əks olunan mətn formatına çevirir. Eşitmə qabiliyyətində problemlər yaşayan istifadəçilər bu üsul ilə videolara baxa və hətta FaceTime üzərindən digərləri ilə ünsiyyət qura biləcəklər. İstifadəçilər öz növbələrində əks olunacaq mətnlərin şrift ölçülərini ayarlaya və mətn formatında cavablar daxil edə biləcəklər. Mətn formatında daxil ediləcək həmin cavablar isə standart diktor vasitəsilə digər şəxsə ötürüləcək. Live Captions funksiya bu il istifadəyə veriləcək.

Apple


    O, ingilis dilində iPhone 11 və daha yeni modellərdə, A12 Bionic və ya ondan sonrakı prosessor modellərinə sahib iPad modellərində və həmçinin Apple şirkətinin M seriyasına daxil olan fərdi prosessorları vasitəsilə çalışan Mac kompüterlərində dəstəklənəcək. Digər yeni funksiya Door Detection adlanır. Sözügedən funksiya zəif görən istifadəçilər üçün nəzərdə tutulub. Bu funksiya LiDAR skanerinə sahib iPhone və iPad modellərində dəstəklənəcək. Door Detection funksiyası bu və ya digər məkanda qapının harda yerləşdiyini istifadəçi üçün təyin edəcək və onun hansı uzaqlıqda yerləşdiyi barəsində ona məlumat verəcək.

    Bununla yanaşı sözügedən funksiya qapının necə açıldığı və qapının yanında xüsusi işarələrin olub-olmadığını da istifadəçiyə bildirəcək. Fiziki məhdudiyyətli istifadəçilər özlərinin Apple Watch 6Watch 7 smart saatlarını iPhone vasitəsilə AirPlay üzərindən idarə edə biləcəklər. Bunun üçün onlar səsli idarəetmədən və ya digər xüsusi imkanlardan istifadə etməli olacaqlar. Xüsusi imkanlar dedikdə isə buna misal olaraq baş vəziyyətinin təyin olunmasını gətirmək olar. Yeni sürətli hərəkətlər Apple Watch sahiblərinə jestlərdən istifadə imkanını verəcək. Məsələn əlin iki dəfə yumruq formasını alması vasitəsilə telefon zənginin qəbul və ya ləğv edilməsini, bildirişlərin aradan qaldırılmasını, screenshotların edilməsini və digər standart əməliyyatları reallaşdırmaq mümkün olacaq.

Mənbə:
0
199
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar