"Mənim "Real Madrid"lə problemim yoxdur. Əlbəttə, hazırda klubun rəhbərliyi ilə əlaqədə deyiləm. Amma Madrid təmsilçisinin Çempionlar Liqasının finalına çıxması UEFA-nın bayrağı altında yarışın şəffaflığına sübutdur. "Barselona" isə qadınlar arasında ÇL-in finalına yüksəldi və heç kimi bu iki komandaya mane olmadı".
"Report"un məlumatına görə, bunu UEFA prezidenti Aleksander Çeferin İspaniyanın "Real Madrid" klubu ilə münasibətləri barədə "24ur.com" saytına açıqlamasında deyib.
Sloveniyalı funksioner bildirib ki, "kral klubu"nun yarımfinalda İngiltərənin "Mançester Siti" komandasını keçməsi onun üçün gözlənilməz olub: "Açığı, buna şübhə edirdim. Xüsusilə ilk oyundakı məğlubiyyətdən sonra. Amma görünür, "Real Madrid"in pişiklər kimi 7 canı var. Təcrübəli kollektivdir. Fikrimcə, komandanın müdafiəsi kifayət qədər zəifdir. Amma onların haqqında dəfələrlə danışdığım inanılmaz Kərim Benzeması var. Məncə, Benzema futbol tarixinin ən dəyərli futbolçularından biridir. Luka Modriç isə yaşlandıqca daha yaxşı təsir bağışlayır".
Qeyd edək ki, "Real Madrid" Çempionlar Liqasının finalında İngiltərə "Liverpul"u ilə qarşılaşacaq. Görüş mayın 28-də Fransanın paytaxtı Parisdəki "Stad de Frans" stadionunda keçiriləcək.
"Azərbaycan Qarabağın yaşıl enerji zonasına çevrilməsi üzərində çalışır".
“Report” xəbər verir ki, bunu Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov Azərbaycan-Avropa İttifaqı biznes forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, işğaldan azad edilmiş müxtəlif regionlar fərqli potensiala malikdir.
O, indiyədək Qarabağda 4 kiçik Su Elektrik Stansiyasının (SES) işə salındığını, daha 5-i üzərində iş aparıldığını bildirib.
Nazir müavini Azərbaycanda 2030-cu ilədək Milli İnkişaf Strategiyası çərçivəsində 5 əsas istiqamətin müəyyən edildiyini, onlardan birinin təmiz ətraf mühit olduğunu xatırladıb.
E.Sultanov Azərbaycanın 2050-ci ilədək atmosferə atılan tullantıların həcmini 40% azaltmağı hədəflədiyini bildirib.
Sumqayıt şəhərində sexdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
İlkin məlumata əsasən, yanğın nəticəsində tikilinin dam örtüyü təqribən 670 kv.m sahədə yanıb.
Əlavə məlumat veriləcək.
09.35
Sumqayıtda sexdə yanğın başlayıb.
Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə şəhər ərazisində yerləşən sexdə yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Abşeronda 20 yaşlı gənci avtomobil vurub.
"Report"un məlumatına görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb.
Belə ki, 2002-ci il təvəllüdlü Şəhriyar Səmədov yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bud sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
İngiltərənin "Çelsi" klubunun satışı sual altına düşüb.
"Report" "The Times"ə istinadən xəbər verir ki, buna London təmsilçisinin hazırkı sahibi Roman Abramoviçin Böyük Britaniya hakimiyyətinin təklif etdiyi müqaviləni qəbul etməkdən imtinası səbəb olub. Hökumət gecikmənin klubun fəaliyyətinə təhlükə yarada biləcəyindən narahatdır.
Rusiyalı iş adamından "zadəganlar"ın satışından əldə ediləcək 2,6 milyard funt sterlinq vəsaitin Ukraynanın xilasetmə fonduna köçürüləcəyinə dair zəmanət tələb olunub. Abramoviç isə klubun ona olan 1,6 milyard funt-sterlinq məbləğində borcunun ödənilməsini istəyir.
Qeyd edək ki, daha əvvəl Böyük Britaniya hökuməti "Çelsi"nin satışı ilə bağlı ABŞ-dan olan iş adamları Todd Boeli, Mark Uolter, isveçrəli milyarder Hansyorq Viss və "Clearlake Capital" investisiya şirkətindən ibarət qrupla razılığa gəlib.
Ukraynada rusiyalı iş adamı Mixail Fridmanın “Alfa Bank”da 12,4 milyard qriven (420 milyon ABŞ dolları) məbləğində olan aktivlərinə həbs qoyulub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş prokuroru İrina Venediktova məlumat verib.
O, bununla bağlı özünün feysbuk səhifəsində yazıb.
"Qarabağ" Azərbaycan Premyer Liqasının sonuncu - XXVIII turunda "Neftçi"yə qarşı keçirəcəyi matçın biletlərini satışa çıxarıb.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.
Biletləri Iticket.az-dan və Ağdam təmsilçisinin Park Bulvarda yerləşən Fan-Şopundan almaq olar. Oyun günü isə biletlər yalnız görüşün gerçəkləşəcəyi "Azersun Arena"da satılacaq.
Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.
Qeyd edək ki, oyundan sonra "Qarabağ"a qızıl, "Neftçi"yə gümüş medallar təqdim olunacaq. Bürünc medalların sahibi isə "Zirə" - "Qəbələ" matçından sonra müəyyənləşəcək.
Bu informasiya yalnız abunəçilər üçün açıqdır
Report İnformasiya Agentliyinin dərc etdiyi xəbərlərə abunə olmaq, fotoları əldə etmək üçün agentliyin kommersiya bölməsinə müraciət edə bilərsiz:
E-mail: [email protected]
Telefon: (012) 404 76 77 (daxili 950)
Mob: (077) 447 47 17
Siz qeydiyyatdan keçmiş istifadəçisinizsə, zəhmət olmasa, logininizi və parolunuzu daxil edin:
Avstriya Finlandiya və İsveçin NATO-ya mümkün üzvlüyü fonunda neytral qalacağını açıqlayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Aleksander Şallenberq bildirib.
“Finlandiya və İsveçin NATO-ya üzvülüklə bağlı qərarlarına hörmətlə yanaşırıq, ancaq biz neytrallığımızı qoruyacağıq”, - o qeyd edib.
Xatırladaq ki, Avstriya NATO-nun üzvü deyil. Finlandiya və İsveç NATO-ya üzv olmaqla bağlı rəsmi müraciət edəcəklərini açıqlayıb.
Xammala olan tələbin mümkün azalması ehtimalını nəzərdə tutan Çinin makroiqtisadi göstəricilərinin açıqlanmasından sonra dünya bazarlarında neftin qiyməti düşməyə başlayıb.
“Report” xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin iyul fyuçersləri 1,7% ucuzlaşaraq, 1 bareli 109,65 ABŞ dollarına satılıb. WTI neftinin iyul fyuçerslərinin qiyməti isə 1,5% düşərək, 1 bareli 107 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, statistik göstəricilər açıqlanmamışdan öncə isə yayda neftə olan tələblə bağlı nikbinlik hər iki markanın qiymətlərinin, təqribən, 0,7% artmasına səbəb olmuşdu.
ABŞ İsveç və Finlandiyaya NATO-ya daxil olmamışdan əvvəl hücuma məruz qalacağı təqdirdə hərbi dəstək verəcək.
"Report" xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Con Kirbi BBC-yə açıqlamasında deyib.
"Əgər onların ərizələrinə baxılarkən və NATO-ya daxil olmaq prosesi zamanı hər hansı hərbi dəstəyə ehtiyacları varsa, bizim hər iki ölkə ilə münasibətlərimiz onlara əlavə dəstək göstərməyə imkan verəcək", - Kirbi bildirib.
Onun sözlərinə görə, Vaşinqton Rusiyanın bəyanatlarından narahatdır, çünki öz ölkələrinin taleyini yalnız İsveç və Finlandiya xalqları özləri müəyyən etməlidirlər.
Xatırladaq ki, Finlandiya bu gün NATO-ya üzvlüklə bağlı rəsmi qərarını elan edib. Yaxın bir neçə saat ərzində parlament tərəfindən təsdiqlənməlidir.
İsveç mətbuatının məlumatına görə, Stokholm ərizəsini mayın 17-də təqdim edəcək.
NATO-nun iyunda Madriddə keçiriləcək sammitində qəbul ediləcək yeni strateji konsepsiyası Rusiyanın davranışını “qaçılmaz təhlükə” kimi təyin edə bilər.
"Report" xəbər verir ki, bu barədə "Bloomberg" NATO rəsmisinə istinadən xəbər verir.
Agentliyin məlumatına görə, sənəddə Çin və onun Rusiya ilə münasibətləri də qeyd olunacaq. Bundan əlavə, təcavüzə məruz qalan qonşu ölkələrə daha effektiv dəstək müzakirə olunacaq.
"Müttəfiqlər, ehtimal ki, Moskvanın davranışı dəyişərsə, münasibətlərin bərpası imkanlarını açıq buraxacaqlar", - NATO rəsmisi deyib.
Qeyd edilir ki, 2010-cu ildən strategiyanın əvvəlki variantında Rusiya “tərəfdaş” kimi göstərilmişdi, indi bu ifadə çıxarılacaq.
"Neftçi" "Qarabağ"a qarşı Azərbaycan Premyer Liqasının XXVIII tur oyununa itki ilə çıxacaq.
"Report" xəbər verir ki, buna 30 yaşlı yarımmüdafiəçinin XXVII turda "Zirə"yə 0:1 hesabı ilə uduzduqları matçda sarı vərəqə görməsi səbəb olub.
Mahmudov cari mövsüm 4-cü dəfə sarı vərəqə alıb.
Qeyd edək ki, "Qarabağ" - "Neftçi" görüşü mayın 21-də "Azersun Arena"da keçiriləcək.
Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya səfər edib.
Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir.
Məlumata görə, səfər mayın 17-dək davam edəcək. Səfər çərçivəsində sabah Ankarada Ərdoğan və Tebbunun sədrliyi ilə Türkiyə-Əlcəzair Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ilk iclası keçiriləcək.
Türkiyənin Vitse-prezidenti Fuat Oktay və Tebbun çərşənbə axşamı İstanbulda keçiriləcək Türkiyə-Əlcəzair İş və İnvestisiya Forumuna sədrlik edəcəklər.
BMT-nin Beynəlxalq Cinayət Məhkəməsinin (Haaqa Məhkəməsi) 42 təhqiqatçısı Rusiya hərbçilərinin Ukraynada törətdikləri hərbi cinayətləri araşdırmaq üçün Ukraynaya gələcək.
“Report” <noindex>“Lemonde”</noindex>yə istinadən xəbər verir ki, bu barədə Haaqa Məhkəməsinin baş prokuroru Kərim Xan bildirib.
Kərim Xan qeyd edib ki, bu, "onun ofisinin indiyə qədər həyata keçirdiyi ən böyük göndərişdir". Müstəntiqlər qrupuna Niderlanddan olan 30 mütəxəssis, o cümlədən məhkəmə-tibb ekspertləri və analitiklər daxildir. Onlar “faktları tapıb həqiqəti müəyyən edəcəklər”.
Prokuror vurğulayıb ki, Haaqa Məhkəməsi və ya milli hakimiyyət orqanlarının ədalət mühakiməsini həyata keçirib-keçirməyəcəyi onu maraqlandırmır: “Əsas odur ki, araşdırmalar etibarlı, dürüst və müstəqil olsun və bundan sonra hakim qərar verə bilər”.
O qeyd edib ki, Haaqa Məhkəməsi Polşa, Litva və Ukraynanın birgə istintaq qrupu ilə əməkdaşlıq müqaviləsi çərçivəsində ümumi sənədlərlə tanış ola biləcək.
Eyni zamanda, beynəlxalq məhkəmə bütün sənədlərini paylaşmaq niyyətində deyil. “Çünki biz münaqişənin bütün tərəflərinin hərəkətlərinə baxmaq məcburiyyətindəyik, istər nizami qüvvələr olsun, istərsə də nizamsız ordular", - prokuror əlavə edib.
Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan martın 2-də Ukraynada törədilmiş cinayətlərlə bağlı istintaqa başlayıb.
Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri Rusiya-Ukrayna müharibəsi ətrafında son hadisələri müzakirə etmək üçün bu gün Brüsseldə görüşəcəklər.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
İclasın gündəliyinə müharibənin nəticələri və Rusiyaya qarşı hələlik konsensusun əldə olunmadığı, enerji resurslarının ixracı qadağasının salındığı yekun sanksiyalar paketi də daxildir.
Nazirlərin görüşü Aİ liderlərinin mayın 30-31-də keçirilməsi planlaşdırılan sammitindən əvvəl keçirilir.
Nazirlər Brüsselin strateji əhəmiyyət verdiyi Qərbi Balkan ölkələri ilə əlaqələrin inkişafı, təhlükəsizlik, investisiya və genişlənmə kimi məsələləri müzakirə edəcəklər.
Aİ-nin yüksək rütbəli nümayəndəsi Rusiyanın regiondakı müharibəsinin nəticələrinin aradan qaldırılmasında Qərbi Balkan ölkələrinə dəstəyin müzakirə ediləcəyini bildirib.
Görüşdən sonra Aİ-yə üzv ölkələrin xarici işlər naziri Qərbi Balkan ölkələrinin xarici işlər nazirləri ilə qeyri-rəsmi naharda görüşəcək.
Günortadan sonra keçiriləcək görüşdə nazirlər Ukraynadakı müharibə və əlaqədar hadisələri müzakirə edəcəklər.
Əfqanıstan-Tacikistan sərhədində silahlı toqquşmalar olub.
“Report” bu barədə “Afghanistan International”a istinadən xəbər verir.
"Əfqanıstanın şimalındakı yerli mənbələr Şerxan-Bəndər ərazisində, sərhəddə Tacikistan sərhədçiləri ilə “Taliban” qüvvələrinin dörd saat ərzində bir-birinə atəş açdığını bildirir", - xəbərdə vurğulanır.
“Mənbələrin məlumatına görə, silahlı toqquşma “Taliban” qüvvələri ilə Tacikistan sərhədçiləri arasında şifahi gərginlikdən sonra baş verib və ilk olaraq “taliblər” atəş açıb”, - məlumatda qeyd edilir.
Hələlik Tacikistanın hökumət strukturları və Əfqanıstanda nəzarəti əlinə almış “Taliban” nümayəndələri xəbəri şərh etməyiblər.
Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 27 200 hərbçisi zərərsizləşdirilib.
Bundan başqa, hücum edən tərəfin 1 205 ədəd tankı, 2 934 ədəd zirehli döyüş maşını, 551 ədəd artilleriya sistemi, 195 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 88 hava hücumundan müdafiə sistemi, 200 ədəd hərbi təyyarəsi, 163 ədəd helikopteri, 95 qanadlı raket, 2 042 ədəd nəqliyyat vasitəsi, 13 ədəd gəmi/kateri, 411 ədəd dronu və 42 ədəd xüsusi texnikası məhv edilib.
Xatırladaq ki, Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətlərinin böyük hissəsi separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedib. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edib.
Daha sonra 2020-ci ilin sonundan başlayaraq Ukrayna və Rusiya arasında münasibətlər daha da gərginləşməyə başlayıb, Donbasda təmas xəttində atəşkəsin pozulması mütəmadi xarakter alıb. ABŞ başda olmaqla Ukraynanın müttəfiqləri hərbi və maliyyə cəhətdən rəsmi Kiyevə yardım etsə də, münaqişəyə birbaşa müdaxilə etməyəcəklərini vurğulayıblar.
2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.
2022-ci ilin fevralın 24-də Rusiya Silahlı Qüvvələri Ukraynanın “denasifikasiya və demilitarizasiyası” (nasizm ünsürlərindən təmizlənmə və silahsızlaşdırılma), habelə Donetsk və Luqansk “respublikalarının ərazi bütövlüyünün” təmin olunması məqsədilə ölkəyə şərq, cənub (Krım) və şimal (Belarus) istiqamətlərdən hücuma başlayıb. Rusiyada “xüsusi hərbi əməliyyat” adlanan bu müharibədə indiyədək Ukraynanın bir sıra şəhərləri, o cümlədən Xerson, Melitopol şəhərləri işğal edilib. Minlərlə dinc sakin həlak olub, milyonlarla insan yurdlarından didərgin salınıb. Müharibənin ilk günlərindən Qərb Rusiyaya qarşı ən sərt iqtisadi sanksiyaları işə salıb. Nəticədə ölkənin milli valyutası rubl çöküş yaşayır. Bu sanksiyalar ilk dəfə olaraq humanitar sahələrə də toxunub.
Bundan başqa, Beynəlxalq Cinayət Məhkəməsində (Haaqa) Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə əlaqədar insanlığa qarşı cinayətlərin araşdırılmasına başlayıb.
Qeyd edək ki, Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.
Bu informasiya yalnız abunəçilər üçün açıqdır
Report İnformasiya Agentliyinin dərc etdiyi xəbərlərə abunə olmaq, fotoları əldə etmək üçün agentliyin kommersiya bölməsinə müraciət edə bilərsiz:
E-mail: [email protected]
Telefon: (012) 404 76 77 (daxili 950)
Mob: (077) 447 47 17
Siz qeydiyyatdan keçmiş istifadəçisinizsə, zəhmət olmasa, logininizi və parolunuzu daxil edin:
2022/2023 mövsümü üçün İngiltərənin "Nyukasl" klubunun səfər forması Səudiyyə Ərəsbistanı milli komandasının formasına uyğun hazırlanacaq.
"Report" "Amnesty International" nəşrinə istinadən xəbər verir ki, komandanın səfər forması ağ-yaşıl rəngdən ibarət olacaq.
Klub ev matçlarına ənənəvi olaraq ağ-qara forma ilə çıxacaq.
Qeyd edək ki, "Nyukasl"ın səhmlərini Səudiyyə Ərəbistanında fəaliyyət göstərən investisiya fondu alıb. 1892-ci ildə əsası qoyulmuş klub daha əvvəl iş adamı Mayk Eşliyə məxsus idi. O, 14 ildir Nyukasl təmsilçisinə rəhbərlik edirdi.
Ukraynanın əks-hücumları sayəsində Rusiya ordusu Xarkov ətrafındakı mövqelərindən geri çəkilməyə məcbur qalıb.
“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun yeni hesabatında bildirilib.
“Göründüyü kimi, Moskva nizamlı şəkildə geri çəkilməyə diqqət edir. Bu, o deməkdir ki, Ukrayna Xarkov uğrunda döyüşlərdə qalib gəlib. Ukrayna müdafiəçiləri Rusiya qoşunlarının Xarkovu mühasirəyə almasına mane olublar. Həmçinin Rusiya Silahlı Qüvvələri İzyum istiqamətnidən hücum etmək istəsələr də, bu, uğursuz olub”, - hesabatda qeyd olunub.
Bildirilib ki, Popasnadan şimala doğru irəliləyən rus qoşunları son sutka ərzində ciddi irəliləyiş əldə etməyiblər.
Hesabata əsasən, şimaldan cənuba yürüş edən rus qoşunları Severski Donets çayını keçə bilməyib və bu zaman ciddi itki verib.