"Dostlarım-tanışlarım tez-tez sual verirlər ki, niyə Azərbaycan üçün nəsə eləmək istəyirsən? Xaricdə yaşayırsan, uğurlu kariyeran, yaxşı həyatın var, başını sal işini gör. Azərbaycanı düzəltmək sənə qalıb? Bunların hamısı doğrudur, ancaq bu o demək deyil ki, millətimi, vətənimi unutmalıyam. Azərbaycan təhsili üçün nə edə biləcəyimi, Azərbaycan təhsilinə necə töhfə verəcəyim haqqında düşündüm. Düzdür, mən Azərbaycanda yaşamıram, ancaq mənim qohumlarım burada yaşayır və burada təhsil alır. Hər kəs gedib xaricdə yaşaya bilər. Bu o demək deyil ki, vətəni unutmaq lazımdır. Vətən, millət üçün hər kəs əlindən gələni etməlidir. Bu təkcə mənə yox, xaricdə yaşayan bütün azərbaycanlılara aiddir".

Bu sözləri OSTİM Texniki Universitetinin "Hibrit və elektrikli taşıtlar” fakültəsinin müəllimi, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Nəcəfov deyib.

Bəxtiyar Nəcəfov xaricdə yaşayan, amma Azərbaycanda tanınmayan professorlardan danışıb: "Xaricdə yaşayan o qədər professorlarımız var ki, tanınmır. Türkiyədə Yeditəpə Universitetində rəssamımız Prof.Dr. Teymur Rzayev var ki, dünyaca məşhur olmasına baxmayaraq, Azərbaycanda onu tanıyan yoxdur. Dövlət səviyyəsində tanınır, ancaq kütlə tanımır. Bu gün millətimiz hər hansı bir müğənnini tanıyır, bloqeri tanıyır, dünyaca məşhur rəssamını, heykəltəraşını tanımır. Qazi Universitetində Prof. Dr. Beycan İbrahimoğlu var. Sorğu keçirək, Azərbaycanda nə qədər adam bu dəyərli insanları tanıyır?

Müsahibimiz Azərbaycandakı təhsil sisteminin vəziyyətindən də bəhs edib: "Düşünürəm ki, yeni Təhsil nazirimiz Emin Əmrullayev təhsil üçün çox yeniliklər edəcək. Emin müəllim universitetimizin rektoru Murat Yülek və məni Bakıda qəbul edəndə onu tanımaq imkanım oldu. Təhsilimiz üçün etmək istədiklərini dinləyəndən sonra məndə təhsilimizin çox yaxşı yerlərə gələcəyinə ümüdüm artdı.

Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyevlə tanış olma şansım da oldu. Bu insan çox müasir düşüncəyə sahibdir. Rektor Azərbaycan Texniki Universitetini dünyanın qabaqcıl universitetləri siyahısına salmaq istəyir. Amma bu o qədər də asan deyil. Əksər müəllimlər sovet təhsili alıb və bu təhsili sistemini əsas götürür. Vilayət müəllim çox mütavazi bir insandır. Onunla tanış olduqdan sonra başa düşdüm ki, bu ölkədə təhsil sistemini dəyişdirmək istəyən insanlar var. Emin Əmrullayevin də dərdi təhsil sistemimizin yaxşılaşdırılmasıdır. Təbii ki, bu asan deyil. Bir şeyi sıfırdan yaratmaq daha asandır, nəinki, artıq olan bir şeyi dəyişdirmək . Çox universitetlərimizin idarəçiləri yaşlı insanlardır. Hansı universitetə getsəniz, prorektorlar yaşlılardır ve ya digər vəzifədə olanlar yaşlı indanlardır. Düzdür, yaşlı insanların təcrübəsinə ehtiyac var, ancaq gənclərin yeniliyinə, sistemin dəyişməsinə ehtiyac var. Bizim universitetlərdəki təhsil sistemi heç biri dünya statdartlarına uyğun deyil. Məsələn, Türkiyə Avropa və Amerika təhsil sistemindən yararlanır, Rusiya öz sistemini yaradıb. Azərbaycan isə Rusiya və Avropa təhsil sisteminin qarışığından yararlanır.

Biz ikili diplom lahiyəsini İngiltərə ilə edirik. Heç bir problem yoxdur. Azərbaycanla eyni lahiyəni etmək istəyirik, problem yaşayırıq. Çünki bizim universitetlərin proqramı ilə Türkiyə universitetlərinin proqramları arasında uçurum var. Ən bəsit problemi deyim sizə. Türkiyədə 5 illik təhsil var, bizdə bu yoxdur. Məsələn, tələbə bir illik hazırlıq oxuya bilməz. Xarici tələbələr üçün var, ancaq bizim tələbələr üçün yoxdur. Avropada 3 illik təhsil sistemi var, bizdə bu cür sistem yoxdur ki, uyğunlaşdırıb ikili diplom edək. Bu cür problemləri aradan qaldırmaq lazımdır. Əgər öz universitetlərimiz yetərli deyilsə, vətəndaşlarımızın xaricdə təhsil almasına müsbət qarşılamalıyıq. Təbii ki, oxuduqdan sonra geri qayıtmaq şərti ilə çünki, ölkəmizin ali təhsilli gənclərə ehtiyacı var. Burda yanlış anlaşılmasın, ali təhsilli gəncə ehtiyac var, ali təhsil diplomuna sahib olan gəncə deyil. Diplom sadəcə kağız parçasıdır. Diploma sahib olmaq ali təhsilli olmaq anlamına gəlmir.

İnsanlarımzda səhv düşüncə var ki, uşağın attestatında qiymətləri aşağıdırsa, Türkiyədə oxuya bilməyəcək. Düzdür, uşaqlar var ki, oxumaq üçün potensialı yoxdur. Ancaq bəzi uşaqlar da var ki, onların çox yaxşı zehni var, sadəcə müəyyən səbəblərdən oxumadıqları üçün qiymətləri ürəkaçan deyil. Bu uşaq yaxşı yönləndirilsə, yaxşı mühitə düşsə, yaxşı kadr olmağı üçün çox böyük potensialı var. Tələbə tanıyıram ki, Azərbaycanda oxuya bilməyib, gedib Türkiyədə bakalavr oxuyub, daha sonra Amerikada magistr təhsili alıb. Düşünürəm ki, bizim millətimiz çox ağıllı millətdir. Sadəcə millətə şərait yaratmaq lazımdır. Hər bir şəxs vəzifəyə gələndə vəzifə hüququnu bilməlidir, vəzifə insanlara öz eqolarını tatmin etmək üçün verilmir. Vəzifə vətəndaşlara xidmət etmək üçün verilir. Vəzifənin böyüməsi isə daha çox vətəndaşa xidmət etmək üçündür. Vəzifə xidmətdir, bu qədər bəsitdir".

- Azərbaycanlı tələbələrin OSTİM Texniki Universitetinə marağı necədir?

- Çox yaxşıdır. OSTİM Texniki Universiteti yeni yaranıb, 3 illik bir universitetdir. 2 ildir Azərbaycandan tələbə qəbul edirik, tanıtım çox önəmlidir. Keçən il daha az insanın bu universitetdən xəbəri olduğu üçün az tələbə müraciət etmişdi. Bu il müraciətlər daha çoxdur və növbəti il daha da çox olacağını düşünürəm. OSTİM 60 illik bir keçmişi olan böyük bir sənaye mərkəzidir.

- OSTİM Texniki Universitetini digər universitetlərdən nə fərqləndirir?

- Türkiyədə 220-yə yaxın və çox güclü universitet var. Baxıblar ki, bu universitetlərdə təhsili alan və yüksək nəticə göstərən tələbə gəlir. OSTİM sənayesində işləməyə, ancaq onun oxuduğu ilə burdakı işlər oxşar deyil. Sənaye də düşünür ki, öz universitetini qursun və öz mütəxəsislərini özü yetişdirsin.

Bilirsiz bu nəyə bənzəyir? Bütün yol qaydalarını əzbər bilirsən, ancaq heç vaxt maşın sürməmisən. Bu zaman özünə yaxşı sürücüyəm deyə bilməzsən.

Dünyada ilk və tək sənayedir ki, öz universitetini yaradıb. Sistem elə qurulub ki, tələbə oxuduğunu yerində görür, toxunur. Bizim universitet sənaye ərasizinin mərkəzində qurulub. Bu ərazidə 6200 şirkət və 60 000 işçi var. Düşünün ki, tələbə universiteti bitirdikdə artıq həyata hazır olacaq. Sizə, bütün dünya üçün istehsal edilən elektrikli avtobuslardan, tramvaylardan tutmuş heykəlin belə istehsal olunduğu böyük bir sənaye mərkəzindən bəhs edirəm. Və bu sənaye artıq öz universitetini yaradıb.

- Universitetin təhsil sistemi necədir?

- Bu universitetdə dərslər həftənin 4 günü universitetdə, 1 günü isə təcrübə üçün sənayedə keçirilir. Bu zaman tələbəyə oxuduğunu həm də praktikada görmək şansı yaranır.

- Universitet tələbələrə təcrübə ilə yanaşı iş imkanı yaradırmı?

- Əgər tələbə staj müddətini yaxşı tamamlasa, universitet tələbəyə iş imkanı yaradır. Ancaq belə bir məsələ var, tələbənin özündən də çox şey asılıdır. Məsələn, mən öz ofisimə 5 tələbəni təcrübəçi kimi işə götürmüşdüm. Onlardan bəziləri çox həvəssiz idi. Staj müddəti bittikdən sonra onlardan 3-ü getdi, 2-i isə hələ də bizimlə işləyir.

Türkiyədə oxumaq şansı olmayan tələbələr üçün Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti və bir çox universitetlə əməkdaşlıq edirik. İstəyirik ki, Azərbaycan universitetləri üçüncü nəsil universitetlər sırasına qoşulsun.

Biz artıq İngiltərədə və Almaniyada universitet qurmağı düşünürük. Bizim tələbələr həm Almaniya, həm də İngiltərə diplomu əldə etsin deyə.

Azərbaycanda və Türkiyə arasında, OSTİM-lə ünsiyyət çox yaxşıdır. Gələcəkdə Azərbaycanda da bu sahədə universiteti qurula bilər. Dövlət də idarəciliərimiz də bu işdə maraqlı olsa, təbii ki, növbəti illərdə Azərbaycanda da bu cür universitetlər qurmaq olar.

"Daha əvvəl vurulan iki doza vaksindən sonra 3-cü (buster), yəni əlavə gücləndirilmiş dozanın vurulması immun sistemdə antitellərin miqdarı düşməsin deyə, xatırladıcı olaraq vurulur".

Bunu APA-ya açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib.

O bildirib ki, buster doza ikinci doza vaksindən 6 ay keçdikdən sonra vurulur, çünki müəyyən müddət sonra qoruyuculuq azalır: "Bədən koronavirusa qarşı qoruyuculuğu davam etdirsin deyə, buster dozadan istifadə olunur. Azərbaycanda da 3-cü doza vaksin vurduranlar çoxdur. 3-cü doza vaksinin heç bir yan təsiri yoxdur. Daha əvvəlki doza peyvəndlər necə təsir göstərirdisə, bu da eyni olur. Peyvəndə qarşı yan təsir özünü, əsasən, əvvəlki dozada göstərir. İlk dozada yan təsiri olmadığı halda, sonradan hər hansı yan təsirlərin olma ehtimalı çox azdır".

İnfeksionist qeyd edib ki, iki doza vaksin yetərli antitel sayı yaradır, amma iki dozadan müəyyən vaxt sonra antitellərin miqdarı düşür: "Bilirik ki, koronavirusa qarşı davamlı qoruyuculuq yoxdur. Bir insan dəfələrlə xəstələnə bilər. Antitelin miqdarı azaldığı zaman biz yenidən xəstələnə bilirik, bədənin virusa qarşı qoruyuculuğunu saxlaması üçün xatırladıcı buster dozadan istifadə edirik. Buster doza daha əvvəl qəbul olunmuş peyvənd növündən və ya fərqli də ola bilər. Risk qrupunda olan insanların 3-cü doza vaksin vurdurması məsləhətdir. Yaş artdıqca, risk də artır, ona görə yuxarı yaşlı insanların 3-cü doza vurdurması tövsiyə olunur. Həmçinin yanaşı xəstəliyi olanlar da vurdurmalıdır. Necə ki, əvvəl kimlərin daha çox peyvənd vurdurmağa ehtiyacı olduğunu deyirdilər, buster doza da həmin şəxslərə vurulmalıdır. Ümumilikdə buster doza 6 ay əvvəl iki doza peyvənd vurdurmuş hər kəsə aiddir".

V.Əliyevin sözlərinə görə, 3-cü doza fərqli bir şey deyil: "Sadəcə, peyvəndin qoruyuculuq müddətinin artırılması məqsədilə vurulur. Nə qədər ki bu bəla sovuşmayıb, dəqiq müalicəsi yoxdur, əlimizdə sadəcə peyvənd var deyə, istəyirik ki, bu qoruyuculuğu davamlı edək. Biz gördük ki, yoluxma halları yayda və qışda da arta bilir. Səbəb çoxdur. Doğrudur, havalar soyuyanda infeksiyanın yayılma riski daha da artır. Azərbaycanda vaksinasiya prosesinə yanvar ayından başlanılıb. Təxminən avqustdan etibarən insanlar buster doza qəbul etməyə başlayıblar".

"AzerGold” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən yerli qızıl xammalından istehsal edilən məhsulların ilk satış və mübadilə mərkəzi istifadəyə verilib.

Qurumdan Ann.az-a verilən məlumata əsasən, Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən mərkəzdə səhmdar cəmiyyətin 2019-cu ildən etibarən yerli pərakəndə bazara təqdim etdiyi 5, 10, 20 qramlıq sikkə və külçələrlə yanaşı, çəkisi 1, 10 unsiya, 500 qram və 1 kiloqram olan yeni qızıl külçələr və fərqli dizaynlarda qızıl sikkələr satışa çıxarılıb.

Hasil edilən qızılın bir hissəsinin pərakəndə satış üçün nəzərdə tutulan sikkə və külçələrin istehsalına yönləndirilməsi cəmiyyətin yerli zərgərlik sənayesinin inkişafı, milli istehsalın stimullaşdırılması və ölkəmizin iqtisadi nüfuzunun artırılmasına töhfə vermək məqsədi daşıyır.

Şirkət tərəfindən istehsal edilən məhsullar qızılın dünya birjasındakı cari qiymətinə uyğun minimal marja ilə alıcılara təqdim edilir.

İlk dəfə mərkəzdə cəmiyyətin istehsal etdiyi sikkə və külçələrin qızılın dünya birjasındakı cari qiymətinə uyğun geri alışı - mübadiləsi təmin ediləcək. Bu da, məhsulların təkcə hədiyyə qismində deyil, istənilən zaman milli valyuta ilə mübadilə edilə bilən sərfəli investisiya aləti kimi seçiminə də imkan yaradacaq.

Qeyd edilib ki, gələcəkdə ölkənin iri şəhər və rayonlarında da yeni mərkəzlərin istifadə verilməsi istisna edilmir.

Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə yenilənmiş proqnozuna görə, bu il Azərbaycan iqtisadiyyatı 5%, 2022-ci ildə 3,1%, 2023-cü ildə isə 2,7% böyüyəcək.

Ann.az-ın Dünya Bankına istinadən verdiyi məlumata görə, bu, ötən (iyun ayı) proqnozla müqayisədə müvafiq olaraq 2,2 faiz bəndi çox, 0,8 və 0,7 faiz bəndi azdır.

Qeyd edək ki, 2020-ci ildə ölkə iqtisadiyyatı 4,3% kiçilib.

Bu gün hərracların açılışı zamanı Avropada qazın min kubmetrinin qiyməti demək olar ki 1 200 ABŞ dolları həddinə çatıb.

Bu barədə "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, 1 oktyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) noyabr fyuçerslərinin qiyməti 1 199,4 dollar təşkil edib.

Xatırladaq ki, son həftələr ərzində Avropada qazın qiymətində kəskin artım qeydə alınıb. Bu həftə TTF indeksi ilə qazın min kubmetrinin qiyməti ilk dəfə olaraq 1 100 dollar həddini ötüb.

Yeni əkin mövsümü ilə əlaqədar olaraq "Aqroservis” ASC bütün anbarlarını tələb olunan lazımı mineral gübrələrlə tam təchiz edib. Səhmdar Cəmiyyət fermerlərin mineral gübrələrə olan tələbatını sərfəli qiymətlərlə və üstəlik səyyar xidmət təşkil etməklə ödəməyi planlaşdırır.

Sentyabr ayından etibarən "Aqroservis” ASC tərəfindən müvafiq qaydalara uyğun şəraitdə saxlanılan, keyfiyyətli şumaltı, kalium və fosforlu mineral gübrələrin rayon mərkəzindən uzaq məsafədə yerləşən kənd və qəsəblərdə səyyar satış xidmətinə başlanılıb. Respublikamızın bütün regionlarını əhatə edən səyyar satış zamanı fermerlərimiz ammofos, kükürdlü ammofos, ammonium-nitrat, ammonium-sulfat, kalium-sulfat, karbamid və nitroammofoska kimi mineral gübrələri əldə edə bilərlər.

Səyyar satışın həyata keçirilməsində əsas məqsəd, gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşısının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır. Səyyar satış vasitəsilə vətəndaşların mineral gübrələri asanlıqla əldə etməsi əkinə cəlb edilən bütün torpaqlarda gübrələrdən istifadə edilməsinə şərait yaradır və bu da məhsuldarlığın artmasına öz müsbət təsirini göstərir.

Fermerlər əkin mövsümündə mineral gübrələrin alışında sərf edəcəkləri məsrəfə qənaət etmək üçün səyyar satış xidmətlərini Səhmdar Cəmiyyətin 1659 çatış mərkəzinə müraciət edərək sifariş edə bilərlər. Sifarişlərə əsasən səyyar xidmətlər kənd və qəsəbələrdə təşkil edilir, əksər hallarda isə birbaşa olaraq fermerin ünvanına çatdırılır.

Səyyar satış zamanı fermerlər yeni subsidiya qaydalarına əsasən heç bir əlavə sənəd təqdim etmədən, yalnız "Fermer kartı”nı təqdim etməklə mineral gübrə əldə edirlər. Yeni qaydalara əsasən, gübrənin dəyərinin 100%-i də fermer kartından çıxarılır, fermer əlavə ödəniş etmir.

Fermerlər səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq və qeydiyyat üçün 1659 satış mərkəzinə müraciət edə bilərlər.

Bakının işğaldan azad edilməsi münasibətilə paytaxtda iki yürüş keçirilib.

Ann.az "Report"a istinadən xəbər verir ki, yürüşlərdən birinə Şəhidlər xiyabanında Türk şəhidləri abidəsinin önündən start verilib.

Azərbaycan və Türkiyə ordusunun bir qrup generalı Türk şəhidləri abidəsinin önünə əklil qoyublar. Daha sonra hərbi orkestrın müşayiəti ilə Türkiyənin və Azərbaycanın Dövlət himni səsləndirilib.

İçərişəhər metrosu-İqtisadiyyat Universitetinin binası-Qala Qapısı-"AzNeft” dairəsi marşrutu ilə davam edən yürüş Bəhram Gurun heykəlinin önündə yekunlaşıb.

İkinci marşrut üzrə yürüş Səməd Vurğun bağından başlayıb, Azadlıq meydanında başa çatıb. Yürüşdə hərbi orkestrin müşayiəti ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 150 nəfər şəxsi heyəti iştirak edib.

Qeyd edək ki, bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının ildönümüdür. 1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki möhtəşəm qələbəsinə həsr edilmiş kitabların siyahısına daha biri əlavə olunub.

Ann.az xəbər verir ki, "44 gün anbaan... Rəsmi xronika” adlı kitab bu yaxınlarda TEAS Press Nəşriyyat evi tərəfindən çap edilib.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın 44 gün ərzindəki bütün çıxış, müraciət və müsahibələrinin mətni, sosial şəbəkələr vasitəsilə paylaşdıqları məlumatlar bu kitabda toplanaraq xronoloji ardıcıllıqla təqdim edilir.

Kitabda qeyd olunur ki, Azərbaycanın qazandığı tarixi zəfər "Dəmir yumruq” kimi birləşmiş bütün Azərbaycanın qələbəsidir, lakin burada başqa bir mübahisəsiz faktor da var - Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev faktoru: "...Müharibə dövrünün ən ağır yükü Azərbaycan əsgəri ilə bərabər həm də Prezidentin çiyinlərində idi - "Dəmir yumruq” sahibi olan Ali Baş Komandan "dəmir məntiqi” ilə də döyüşürdü. O, böyük intellektin, sarsılmaz iradənin, güclü qətiyyətin tələb olunduğu hər yerdə idi – diplomatiya cəbhəsində, siyasət meydanında, informasiya savaşının ən ön cərgəsində... Nəinki təkcə müharibənin gedişinə dair, həmçinin Qarabağ münaqişəsinin 30 illik tarixinə dair elə bir detal, hadisə, ideya, məqam yox idi ki, Prezident 44 gün ərzindəki çıxış, müraciət, görüş və müsahibələrində ona toxunmamış olsun, ona münasibət bildirməmiş, onu aydınlaşdırmamış olsun. Xalqın və dünyanın gözü-qulağı 44 gün ərzində yalnız onda idi. Hamı onun nə deyəcəyini gözləyirdi. Müharibənin hər anı, hər detalı Prezidentin çıxış və müsahibələrində rəsmiləşib salnamələşirdi”.

44 günlük savaşın bütün tarixi ən düzgün və obyektiv şəkildə məhz həmin çıxışlarda əks olunub. Bu çıxışlar Vətən müharibəsinin müfəssəl tarixidir, bir növ Vətən müharibəsi ensiklopediyasıdır, 44 günün salnaməsidir. Tanınmış jurnalist Famil Cəfərli tərəfindən tərtib olunmuş 644 səhifəlik bu kitab gələcəkdə tədqiqatçılar üçün qiymətli və etibarlı məxəz rolunu oynayacaq.

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2021-2022-ci illər üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu dəyişib.

"APA-Economics"in EIA-yə istinadən verdiyi məlumata görə, bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 740 min barel təşkil edəcək ki, bu da əvvəlki proqnozdan (avqust ayında verilib – red.) 20 min barel çoxdur.

Qurumun proqnozuna görə, 2022-ci ildə ölkədə gündəlik neft hasilatı artaraq 800 min barel təşkil edəcək. Bu, avqustda verilən proqnozla müqayisədə 20 min barel çoxdur.

EIA-in göstəricilərinə əsasən, ötən il Azərbaycanda orta gündəlik neft və digər maye karbohidrogenlər hasilatı 700 min barel səviyyəsində olub.

Sentyabrın 7-də Bakı Olimpiya Stadionunda dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Portuqaliya oyununda şəhid ailələrinin üzvləri və övladları azarkeş qismində iştirak edirlər.

Ann.az xəbər verir ki, 20-dən çox uşağın iştirak etdiyi tədbir Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası və "Uşaq və yeniyetmələrə dəstək" ictimai birliyinin birgə təşəbbüsü ilə təşkil olunub.

Tədbirin keçirilməsində əsas məqsəd ölkəmizdə şəhid ailələrinə və övladlarına diqqət və qayğının göstərilməsidir.

Rusiyada "Beynəlxalq Ordu Oyunları-2021” çərçivəsində "Tank biatlonu” müsabiqəsi start götürüb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Moskva vilayətinin Alabino poliqonunda keçirilən müsabiqəyə 19 ölkənin komandası qatılıb.

"Tank biatlonu”nda Azərbaycan tankçıları da iştirak edir.

Azərbaycan tankçıları dörd heyətlə ikinci divizionda 11 komanda arasında yarışır. Yarışlara qatılan Azərbaycan tankçılarının əksəriyyəti İkinci Qarabağ müharibəsində iştirak edib.

Azərbaycan Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Sakit Verdiyev bildirib ki, builki yarışda da Azərbaycan tankçıları yüksək pillələri tutacaq.

Azərbaycan tankçıları sabah Belarus, Qazaxıstan və Serbiya ilə birgə qrupda mübarizəyə qoşulacaq.

Ermənistan bu dəfə "Tank biatlonu”nda iştirak etmir.

Eyni zamanda, Azərbaycan hərbçiləri Alabino poliqonunda "Dostluq Evi”ndə keçirilən "Mədəniyyət Ordusu” müsabiqəsində də iştirak edir. "Dostluq Evi”ndə Azərbaycanın hərb, dövlətçilik tarixi və mədəniyyətini əks etdirən stend açılıb.

Qeyd edək ki, "Beynəlxalq Ordu Oyunları” sentyabrın 4-dək davam edəcək.

Sel fəlakətləri Azərbaycan iqtisadiyyatına hər il təxminən 169 milyon dollar ziyan vurur.

Margin.az xəbər verir ki, bu barədə Dünya Bankı və Asiya İnkişaf Bankının birgə hazırladığı "İqlim Riski olan ölkələrin profili” hesabatında qeyd olunub.

Hesabata görə, ölkədə 1995-ci ildə baş verən daşqın 1,5 milyon insana təsir edib. Ölkə iqtisadiyyatına isə 30 mln. dollar ziyan dəyib. Azərbaycanda 2003-cü ildə də böyük həcmli sel fəlakəti baş verib. Bu daşqınlardan 30 min insan zərər çəkib və ölkə iqtisadiyyatına 70 mln. dollardan çox ziyan dəyib.

Azərbaycanda daşqından təsirlənənlərin sayı 2010-cu ildən etibarən hər il təxminən 19 mindən çoxdur. Daşqınlar nəticəsində ölkə iqtisadiyyatına hər il təxminən 169 milyon dollar zərər dəyir. İnkişaf və iqlim dəyişikliyinin bu rəqəmləri artıracağı ehtimal olunur.

İqlim dəyişikliyi səbəbilə Azərbaycanda qan, tənəffüs və sinir xəstələrinin sayı 20-34% artıb

İqlim dəyişikliyi Azərbaycanın əkin sahələrində torpaq eroziyası, şoranlaşma, bataqlıq və kimyəvi çirklənmə kimi problemləri artırır.

Margin.az xəbər verir ki, bu barədə Dünya Bankı və Asiya İnkişaf Bankının birgə hazırladığı "İqlim Riski olan ölkələrin profili” hesabatında qeyd olunub.

Məlumata görə, əkin sahələrinin təxminən 7%-i şoranlaşmaya məruz qalır. Bu isə aşağı məhsuldarlığa səbəb olur. Bildirilib ki, ciddi tədbirlər görülməsə, ölkədə səhralaşma sürətlənə bilər. Azərbaycanın şəhərlərində isə temperatur getdikcə daha da artır. Araşdırmalara görə, 2003-2006-cı illərdə ölkədə qan, tənəffüs və sinir xəstəliklərindən əziyyət çəkənlərin sayı 20-34% artıb.