Rusiyanın Sankt-Peterburq şəhərində islah-əmək koloniyalarındakı məhbuslar “Vaqner” özəl hərbi şirkətinə könüllü qismində cəlb olunmağa başlayıblar.
Axar.az xəbər verir ki, bu barədə “Vajnıye istorii” nəşrinə məhkumların yaxınları məlumat verib.
“Əvvəlcə dedilər ki, təxminən 20 faiz qayıdacaq. Sonra isə, demək olar, heç kimin qayıtmayacağını, sağ qalanlara 200 min rubl (6 100 manat – red.) məbləğində mükafat və amnistiya söz veriblər. Ölərsə, ailəsinə 5 milyon rubl (152 500 manat – red.) ödəniləcəyini vəd ediblər. Bütün bunların hamısı sözdədir, kağızda heç nə qeyd edilməyəcək”, - məhkumlardan birinin qohumu qeyd edib.
“Səbail”in hücumçusu Ağabala Ramazanov klubun rəsmi saytına müsahibə verib.
Sportinfo.az xəbər verir ki, 29 yaşlı forvard yenidən “dənizçilər”in sırasına qoşulmasından danışıb.
– 2 ildən sonra yenidən “Səbail” ailəsindəsən. İlk öncə bununla bağlı təəssüratlarını öyrənmək istərdik. Burada olmadığın müddətdə nələr dəyişib?
– “Səbail”lə bağlı hər zaman müsbət fikirdə olmuşam. Çünki burada çox gözəl günlər yaşamışam. Karyeramın ən yaxşı dönəmlərindən biri idi. Bu komanda ilə məzmunlu oyunlarımız olub. Burada yaxşı qollar vurmuşam. İndi də komandam üçün əlimdən gələnin ən yaxşısını ortaya qoymaq üçün səbirsizlənirəm.
– Azərbaycan futbolunda emosionallığı ilə fərqlənən nadir futbolçulardansan. Burada ilk gəlişində də komanda yoldaşın və ya sən qol vura bilməyəndə çox əsəbi olduğun hiss edilirdi. Qol olanda isə ən böyük sevinci məhz sən göstərirdin. Bu emosianallıq nədən qaynaqlanır?
– Ümumiyyətlə uduzmağı bacarmayan biriyəm. Uşaqlığımdan bəri hər zaman çalışmışam ki, hansısa bir turnirdə müvafiq cədvəl varsa, mən ilk pillələrdə olum. Oyunda qalibiyyət varsa, onu qazanmaq üçün bütün gücümü ortaya qoyacağam. Özümdən çox hansı komanda yoldaşım daha yaxşı vəziyyətdədirsə onun qol vurmasını daha çox istəmişəm. Qol olanda sevinmişəm, olmayanda da bir anlıq əsəbləşmişəm. Çalışıram ki, komandam üçün ən yaxşısı nədirsə onu edim. Çılğınlıq bundan qaynaqlanır.
– “Səbail” tarixində ən çox qol vuran futbolçusan. Bu rekordu qorumaq üçün qarşına hədəflər qoymusan?
– Əlbəəttə bunun üçün çalışacağam. 14 qol elə də çox deyil. Çalışacağam ki, rəqəm daha da artsın. 2 illik müqavilə imzalamışam. Bu müddətdə də ən yaxşısını etmək niyyətindəyəm. Lider olaraq qalmaq istəyirəm.
– Komanda yenidən qurulur. Komandadakı ab-hava səni qane edir?
– Bəli, komandamızda yeni simalar var. Hazırda ab-hava çox yüksək səviyyədədir. “Səbail” ailəsinə yeni qoşulan legionerlər də tez bir zamanda komandaya uyğunlaşıblar. Biz təcrübəli futbolçuların üzərinə düşən vəzifə həm gənclərə, həm də legionerlərimizə xoş münasibət göstərib, komandamızın uğurları üçün çalışmağı öyrətməkdir. Bu futbolçularla ünsiyyətimizin yüksək səviyyədə olması üçün əlimizdən gələni edəcəyik. Hamımız bir yumruq olub komandamızın uğurları üçün vuruşacağıq.
– Hücum xətti sənin üzərində qurulur deyə bilərik. Ətrafında hansı gənc futbolçuları vurğulaya bilərsən?
– Perspektivli gənclərimiz var. Onlarla birlikdə uğur qazanmaq üçün çalışacağıq.
– Rahid və sənin “Səbail”lə bağladığın müqavilərin hər biri eyni zamana təsadüf edib. Səncə, bu təsadüfdür? Unutmayaq ki, ikinizin meydandakı işbirliyi də hər zaman uğurlu alınıb.
– Rahidlə həm meydanda, həm də meydandankənar dostluq münasibətimiz var. İlk dəfə 10 il öncə birlikdə “Xəzər Lənkəran”da çıxış etmişik. Bir-birimizi uzun müddətdir tanıyırıq. Futbol başqadır, bizim dostluğumuz isə bir başqadır. Müqavilə məsələsi isə tamamilə təsadüfdür.
– Azarkeşlər səni yenidən “Səbail” formasında görəcəkləri üçün sevinirlər, həm də buna görə səbirsizlənirlər. “Dənizçilər”in sənə olan gözləntiləri böyükdür. Təbii ki, bu üzərindəki məsuliyyəti daha da artırır. Tərəfdarlarımıza nə demək istəyirsən?
– Azarkeşlərimiz məndən çox şey gözləyir. Mən də onları sevindirmək üçün əvvəlkindən də çox çalışacağam. Müqavilə bağladım andan üzərimə düşən yükü yaxşı başa düşürəm. Onlar həm məndən, həm də komandadan daha çox qollar tələb edir. Məndən gözləntiləri isə böyükdür. Buraya gəldiyim gündən etibarən bu məsuliyyəti üzərimdə hiss edirəm. Onlar üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. Buna əmin olun!
Kikboksinq üzrə gənclər, yeniyetmə oğlan və qızlar arasında XXVI Azərbaycan birinciliyi keçirilib.
Azərbaycan Kikboksinq Federasiyasından “Qafqazinfo”ya bildiriblər ki, Abşeron Olimpiya İdman Kompleksində keçirilən oğlanların yarışı rinqdə, qızların turniri isə tatamidə baş tutub.
Yekun nəticələrə görə, ən çox medal qazanan DİN İdman Cəmiyyətinin komandası (9 qızıl, 2 gümüş, 12 bürünc) ümumi hesabda birinci yeri tutub. Kubok həmin cəmiyyətin, eləcə də yeniyetmə və gənclərdən ibarət millinin baş məşqçisi Hikmət Hacıyevə təqdim edilib.
Dünya və Avropa çempionu Eduard Məmmədovun baş məşqçisi olduğu ZV Döyüş Akademiyası (9 qızıl, 3 gümüş, 1 bürünc) ikinci, baş məşqçisi Xəyyam Abışov olan meydan sahibi “Abşeron” (2 qızıl, 5 gümüş, 2 bürünc) yığması isə üçüncü yeri tutub.
Qeyd edək ki, bu yarışda fərqlənənlər sentyabrın 30–dan oktyabrın 9-dək İtaliyada uşaq, yeniyetmə və gənclər arasında keçiriləcək dünya çempionatında iştirak edəcəklər.
Rusiya Silahlı Qüvvələri ötən sutka ərzində Ukraynanın Sum vilayətinə iki raket hücumu həyata keçiriblər.
Axar.az xəbər verir ki, bu barədə Sum hərbi administrasiyası məlumat yayıb.
Raket zərbələri zamanı 6 nəfər xəsarət alıb. Həmçinin vilayətin müxtəlif rayonlarında mülki infrastruktura ciddi zərər dəyib.
Azərbaycan millisinin qapıçısı Emil Balayevlə müqaviləni pozan "Turan Türküstan"ı onun boşluğunu Dinməhəmməd Comərtlə doldurub.
Sportinfo.az Qazaxıstan klubunun rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı qolkiperlə uzunmüddətli müqavilə imzalanıb.
Gənc qapıçının son klubu "Kayrat-Moskva" olub.
Turan"la vidalaşan Emil Balayevin "Səbail"ə keçəcəyi gözlənilir
Azad Azərbaycan telekanalında yayımlanan “Bizimləsən” layihəsi və aparıcı Zaur Baxşəliyevdən şikayət var.
Bakupost.az xəbər verir ki, şikayətçi Cəfərova Rəmziyyə adlı hərbçi xanımı olub. 4 övladı olduğunu, 2 uşağının isə ürək qüsurlu doğulduğunu bildirən çarəsiz ana sözügedən verilişə kömək üçün üz tutub. Ona uşaqlarının əməliyyatı üçün 75 min manat pul lazım olub.
Lakin qadının dediyinə görə, Zaur Baxşəliyev ona efirdə 150 min lazım olduğunu deməyini tapşırıb. “Mən razı olmadım. Daha onra bizi efirə buraxdı. Bir neçə ailə üçün bir karta pul yığılmasına razılıq verdik. Karta 180 min manat pul yığıldı. Amma bizə köməklik edilmədi”,- deyə qadın Xural TV-nin efirində danışıb.
"Mən ərzaq almağa xəsislik etmirəm. Hər şeyin yaxşısını artıqlaması ilə alıram. Amma israfa qarşıyam".
Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu aktrisa həyat yoldaşı Aysel İbrahimova ilə avtomobildə gedərkən sosial şəbəkə hesabında açdığı canlı yayımda deyib.
İzləyicilərin suallarını cavablandıran cütlük gündəlik xərclərindən söz açıb.
"Aylıq xərcim dəhşətli dərəcədə çoxdur. Xərc məsələləri hər kəsdə fərqlidir. Görməmişi doydurmaq olmaz. Pulu lazımlı şeylərə xərcləyin".
Ayselin "İşdən çıxıb, ən azından restoranda 10 manatlıq yemək yemək olar" sözlərinə Hüseyn "İşdən çıxıb 80 manatlıq restoranda yemək yesən ürəyim partlayar".
Mövzu ətrafında məsələni yumşaltmaq üçün klarnet ifaçısının aktrisa xanımı "Hüseyn zarafat edir. O dediyi qədər xəsis deyil. Elə olsa, ürəyim sıxılar" deyə fikirlərini bildirib.
Canlı yayımdan bir izləyicinin "Həyat yoldaşınızla yaş fərqiniz çoxdur?" sualına A.İbrahimova belə reaksiya verib.
"Hüseynlə mənim aramda çox yaş fərqi yoxdur. O, məndən 10-12 yaş böyükdür. Yaş fərqimiz əladır".
Qeyd edək ki, Aysel İbrahimova Milli Dram Teatrının aktrisasıdır. Hüseyn Aysel cütlüyünün səkkiz ay əvvəl oğlan övladı dünyaya gəlib. Bu, Hüseynin ikinci evliliyidir. Onun birinci evliliyindən daha iki qız övladı var.
Milli.Az
Son şərhlər