• Şikayət et

“Telegram”a yeni xüsusiyyətlər gəldi

Dünyanın ən məşhur mesajlaşma proqramlarından biri olan “Telegram”, yeni xüsusiyyətlər gətirərək istifadəçilərin mesajlaşma prosesini yaxşılaşdırmağa çalışır.

Yenicag.az xəbər verir ki, “Telegram”, növbəti dəfə yeniləmə ilə tətbiqə tamamilə yeni xüsusiyyətlər gətirib. SİM kartsız qeydiyyat, bütün söhbətlərin avtomatik silinməsi, müvəqqəti QR kodları kimi bu faydalı xüsusiyyətlərə nəzər salaq.

Ödənişli abunə sisteminə də sahib olan “Telegram”, dünən öz saytından verdiyi açıqlamada tətbiqə yeni xüsusiyyətlər əlavə etdiyini açıqladı. Yeniləmə istifadəçiləri sevindirəcək bir çox yenilikləri, məsələn, SİM kartsız qeydiyyatdan keçməyə imkan verir.

“Telegram”-ın verdiyi açıqlamada məxfiliyin yeni dövrünün başladığı bildirilib. Müvafiq olaraq, SİM kartsız “Telegram” hesabına sahib olmaq mümkün olacaq. İstifadəçilər fragment platformasında blokçeynlə dəstəklənən anonim nömrələrdən istifadə edərək proqrama daxil ola biləcəklər.

Bütün söhbətlərin avtomatik silinməsi

“Telegram” bildirir ki, bütün yeni çatlardan mesajları silmək üçün ümumi avtomatik silmə taymeri təyin edilə bilər.

Paylaşılan görüntüdə istifadəçilərin yeni mesajları silmək üçün vaxtı (1 gün sonra, 1 həftə sonra) təyin edə bildiyi görünür. “Telegram” bildirir ki, “taymeri kimin başlatmasından asılı olmayaraq istifadəçilərlə olan bütün yeni söhbətlərə və bütün yeni qruplara avtomatik tətbiq olunacaq”.

Müvəqqəti QR kodları

“Telegram” bildirir ki, istifadəçi adı olmayan və telefon nömrəsini hamıdan gizlədən istifadəçilər müvəqqəti QR kod yarada bilərlər. Bu sayədə kodu skan edənlər telefon nömrənizi bilmədən sizi anında kontakt olaraq əlavə edə bilərlər.

0
2495
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar