İyunun 9-da Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə ölkənin aparıcı biznes qurumları ilə görüş keçirilib. Görüşdə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İşğaldan azad olunmuş ərazilərdə İşğal və Zəfər muzeyləri komplekslərinin təşkili və digər mədəniyyət müəssisələrinin yenidən bərbası üzrə işçi qrupunun rəhbəri Nərgiz Abdullayeva, ölkənin aparıcı biznes qurumlarının rəhbər şəxsləri və nümayəndələri, telekanal rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə Qarabağa investisiya qoyuluşunun potensialının, perspektivli istiqamətlərinin təşviqi, potensial investorlardan təkliflərin toplanması və təhlili və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb. Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev təqdimatla çıxış edərək görüş iştirakçılarına Fondun sifarişi və maliyyə dəstəyi ilə Füzuli şəhərində salınacaq Füzuli Mərkəzi Parkı haqqında geniş məlumat verib.

Qeyd edib ki, Parkın konsept-layihəsi Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələri nəzərə alınmaqla hazırlanıb. Parkın salınması ərazidə ekoloji tarazlığın bərpasına ciddi töhfə verməklə yanaşı, həm Füzuli sakinlərinin, həm də şəhərin qonaqlarının istirahəti üçün ən gözəl məkanlardan birinə çevriləcək. İdarə Heyətinin sədri parkın layihələndirilməsi zamanı beynəlxalq qabaqcıl təcrübədən istifadə olunduğunu xüsusi vurğulayıb. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev “Qarabağ: yenidənqurma və inkişaf, regionun investisiya imkanları” mövzusunda çıxış edərək işğaldan azad edilən ərazilərdə aparılan tikinti-quruculuq işləri, həyata keçirilən layihələr barədə məlumat verib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İşğaldan azad olunmuş ərazilərdə İşğal və Zəfər muzeyləri komplekslərinin təşkili və digər mədəniyyət müəssisələrinin yenidən bərbası üzrə işçi qrupunun rəhbəri Nərgiz Abdullayeva Ağdam rayonunun ərazisində yerləşən Pənahəli xanın İmarət kompleksinin bərpası istiqamətində görülən işlərdən danışıb. Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və Kommunikasiya Şöbəsinin müdiri Pərvin Bağırova təqdimatla çıxış edərək tədbir iştirakçılarına “Qarabağ Gecəsi” xeyriyyə konserti haqqında geniş məlumat verib. Qeyd edib ki, 17 iyun 2023-cü il tarixində Gəncə şəhərində Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi, Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu ilə “Qarabağ gecəsi” adlı xeyriyyə konserti keçiriləcək. Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutacaq konsertdən əldə ediləcək vəsait Ağdam rayonunun ərazisində yerləşən Pənahəli xanın İmarət kompleksinin bərpasına yönəldiləcək. P.Bağırova arzu edən hər kəsi bilet əldə edərək həm möhtəşəm “Qarabağ gecəsi”nin iştirakçısı olmağa, həm də Qarabağın bərpasına dəstək olmağa çağırıb. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev cari ilin payız aylarında Bakıda keçiriləcək konsertdən sonrakı “Qarabağ gecəsi” xeyriyyə konsertinin Ağdam rayonunda keçirilməsini təklif edib. Çıxışlardan sonra Qarabağın bərpası və yenidən qurulması istiqamətində görülən işlərə dəstək göstərən donorlara - Veysəloğlu Şirkətlər Qrupunun Müşahidə Şurasının üzvü İlqar Nuriyə, Avrora Qrupun prezidenti Ceyhun Abbasova və İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın direktoru Səadət Cahandarovaya “İanə sertifikatı” təqdim olunub. Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupu Qarabağ Dirçəliş Fondunun dəstəyi və vasitəçiliyi ilə Zəngilan rayonunda bitki və tarlaların suvarılması üçün Zəngilan rayonuna “İsuzu” şassisi üzərində 10 tonluq su çəni ianə edib. Avrora Qrup isə dəfələrlə Qarabağ Dirçəliş Fonduna ianə edərək işğaldan azad olunan ərazilərimizdə görülən bərpa işlərinə dəstək olub. Sertifikatları Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev təqdim ediblər.

“Ukrayna köməyə görə Azərbaycana minnətdardır”. Bunu Ukraynanın ölkəmizdəki səfiri Vladislav Kanevski Ukraynaya növbəti humanitar yardım partiyasının göndərilməsinə münasibət bildirərkən deyib. Diplomatın sözlərinə görə, Kaxovka su elektrik stansiyasının (SES) partladılması nəticəsində Ukraynanın bir sıra şəhər və qəsəbələri su altında qalıb və bu gün orada xilasetmə işləri aparılır: “Sizin köməyinizi bir daha hiss etdiyimiz üçün Azərbaycana çox minnətdarıq”. O, bu gün Bakıdan göndərilən humanitar yardımın təbii fəlakət zonasına çatdırılacağını qeyd edib.

Bundan başqa, Azərbaycan xilasetmə işlərində istifadə olunacaq 20 ton yanacaq da verib.
“Bu, ölkələrimiz arasında dostluğun göstəricisidir. Yaşasın Azərbaycan, yaşasın Ukrayna!”, - V.Kanevski vurğulayıb.

Ukrayna tərəfindən daxil olmuş müraciət nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə iyunun 9-da Ukraynaya humanitar yardım göndərilib. Müxtəlif ləvazimatlardan, o cümlədən nasoslar, boru kəmərləri, rezin qayıqlar və müvafiq geyim əşyalarından ibarət olan bu yardım Polşanın Jeşuv hava limanına, oradan isə Ukraynaya çatdırılacaq. Humanitar yükü aparan xüsusi təyyarə Ukraynanın ölkəmizdəki səfiri Vladislav Kanevskinin və Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin nümayəndələrinin iştirakı ilə Heydər Əliyev Beynəlxalq Aeroportundan yola salınıb. Humanitar yardıma tullantı sularını vurmaq üçün tutumu 400 kubmetr olan iki ədəd VA150KS mobil dizel nasosu, çirkab suların vurulması üçün diametri 200 millimetr olan 1000 metrdən çox toplama boru kəməri, şlanqlarla birlikdə 10 ədəd motor nasosu, 20 sualtı nasos, 5 şişmə rezin qayıq, 24 ədəd qızdırıcı fen, 20 ədəd sukeçirməyən gödəkçə, hər birindən 40 dəst olmaqla yay və qış geyim dəstləri, 40 cüt uzunboğaz və 40 cüt rezin çəkmə, 41 cüt uzun balıqçı çəkməsi, 9 rezin kombinezon, 208 xilasedici jilet, 50 xilasedici halqa və 42 xilasedici önlük daxildir.

Qeyd edək ki, Azərbaycan dövləti tərəfindən Ukrayna xalqına humanitar məqsədli digər yardımların da göndərilməsi nəzərdə tutulur. Xatırladaq ki, Azərbaycan tərəfindən Ukrayna xalqına bir neçə dəfə dərman vasitələri, tibbi avadanlıq, tibbi sərf və ləvazimat malları, eləcə də ərzaq məhsulları və uşaq qidasından ibarət humanitar yardımlar göndərilib.

2024-cü ilin iyun ayında Azərbaycan Mülki Aviasiyası üçün tarixi əhəmiyyətli tədbir baş tutacaq - ölkə növbəti Ümumdünya Aeronaviqasiya Sammitinə və CANSO-nun 28-ci İllik Ümumi İclasına ev sahibliyi edəcək. Bu barədə Berlində keçirilən CANSO sammitində elan verilib. CANSO Beynəlxalq mülki aviasiya aeronaviqasiya təminatı provayderləri təşkilatıdır. Bu gün təşkilata 180-dən çox üzv, o cümlədən 2005-ci ildən üzv olmuş Azərbaycan daxildir. Azərbaycan MDB və regionun bir çox digər ölkələrinin tarixində bu tədbirə ev sahibliyi etmək üçün CANSO-nun Icraiyyə Komitəsinin razılığını əldə etmiş ilk ölkədir. Daha əvvəllər Sammit Dublin, Vankuver, Kopenhagen, Banqkok və Cenevrə kimi şəhərlərdə keçirilmişdir.

CANSO-nun Bakıda beynəlxalq sammit keçirmək qərarı Azərbaycanın aeronaviqasiya sahəsində əldə etdiyi nailiyyətlərin və nüfuzunun bariz nümunəsidir. Bakıda keçiriləcək sammitdə dünyanın 150 ölkəsini təmsil edən mülki aviasiya sahəsinin 350-dən çox rəhbərinin iştirakı gözlənilir. Onlar hava nəqliyyatının optimallaşdırılması və təhlükəsiz və dayanıqlı qlobal hava nəqliyyatı zəncirinin qurulmasında əməkdaşlığın ən aktual problemlərini müzakirə etmək üçün bir araya gələcəklər. CANSO sammiti beynəlxalq aviasiya sahəsində ən əlamətdar tədbirlərdən biridir. CANSO-nun Ümumdünya Aeronaviqasiya Sammiti çərçivəsində hər il dünya liderləri və bütün mülki aviasiya sənayesinin ali rəhbərliyi, həmçinin ICAO, EUROCONTROL və IATA kimi beynəlxalq təşkilatların nümayəndələri bir araya toplanırlar. CANSO dünya hava trafikinin 85%-dən çoxunu əhatə edir və dünyanın hər yerindən aeronaviqasiya təminatı provayderlərini, aviasiya orqanlarının tənzimləyici və icra qurumlarını və aviasiya sahəsinin sənaye liderlərini birləşdirir.

“Ağcabədi rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin həkimləri barəsində rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Ağcabədi rayon prokurorluğundan 1news.az-a verilən məlumata görə, ibtidai istintaqla həmin tibb müəssisəsinin əməliyyat bölməsinin müdiri Həbib Məmmədov və reanimasiya şöbəsinin müdiri Ruhəngiz Kərimbəylinin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək göstərdikləri qüsurlu tibbi xidmət nəticəsində ehtiyatsızlıqdan Qırımxan Qasımovun ölümünə səbəb olmalarına, həmçinin Həbib Məmmədovun cinayət məsuliyyətindən azad olmaq məqsədilə iş üzrə şahidi pulla ələ almasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Həbib Məmmədova Cinayət Məcəlləsinin 299.1 (şahidin yalan ifadə verməsi məqsədi ilə onu pulla ələ alma) və 314.2-ci (səhlənkarlıq, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), Ruhəngiz Kərimbəyliyə isə Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

“Uşaq hüquqları haqqında” yeni qanun hazırlanacaq.

1news.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, Nazirlər Kabineti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2023–2024-cü illərdə “Uşaq hüquqları haqqında” yeni qanunun hazırlanmasını təmin etməlidir.

İyunun 10-u gündüz qərb rayonlarından başlayaraq 12-si səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Xaçmaz rayonlarının bəzi yerlərində leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

Sumqayıtlı veteran cüdoçu Fərhad Rəcəbli doqquzuncu dəfə Avropa çempionu olub. 1news.az xəbər verir ki, Sloveniyanın Podçetrtek şəhərində veteran cüdoçular arasında keçirilən Avropa çempionatının ilk günündə M5, M6, və M7 yaş kateqoriyaları üzrə doqquz idmançımız medallar uğrunda mübarizə aparıb. Veteran cüdoçularımız yarışın birinci gününü 1 qızıl və 1 bürünc medalla başa vurublar. M7 kateqoriyasında 90 kiloqram çəki dərəcəsində mübarizə aparan Fərhad Rəcəbli bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu, idmançının veteran cüdoçular arasında Avropa çempionatlarında qazandığı doqquzuncu qızıl medaldır.

İyunun 10-u gündüz qərb rayonlarından başlayaraq 12-si səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Xaçmaz rayonlarının bəzi yerlərində leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına daxil edilib.

1news.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Dövlət qulluğu haqqında” qanununa dəyişikliyi təsdiqləyib.

Bundan başqa, səlahiyyətli nümayəndənin müavinlərinin inzibati vəzifələrin ikinci təsnifatına, eləcə də nümayəndəlikdə mütəxəssislərin vəzifələri isə inzibati vəzifələrin üçüncü təsnifatına daxil edilib.

“Bakı Metropoliteni”ndə plana uyğun olaraq, 4 yeni güclü ventilyatorun quraşdırılması işləri başa çatdırılıb. Daha iki köhnə ventilyatorun yeni nəsil analoqları ilə əvəzlənməsi davam etdirilir. Bunu 1news.az-a açıqlamasında “Bakı Metropoliteni”nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib. O qeyd edib ki, yeni ventilyatorlar quraşdırılmazdan əvvəl köhnəsi sökülməklə beton özül təbəqəsi dağıdılır. Daha sonra yeni ventilyatorun texniki tələblərinə uyğun yeni təməl meydança qurulur. Bu zaman ventilyatorun maksimum faydalı işləməsi üçün özül təbəqənin hündürlüyü müvafiq standartlara uyğunlaşdırılır. Yalnız bundan sonra yeni ventilyator quraşdırılır. Onun sözlərinə görə, ventilyasiya sisteminin səmərəli fəaliyyəti metropolitenin tunel və stansiyalarında sərnişin təhlükəsizliyi prinsiplərinin ən mühüm tərkib hissəsidir. Bu səbəbdən istismar müddətini başa vuran havalandırma qurğularının yenilənməsi və digərlərinin təkmilləşdirilməsi davamlı aparılan bir prosesdir. “Bakı Metropoliteni” QSC-nin dünya istehsalçıları arasında apardığı monitorinq və müvafiq qiymətləndirmənin nəticəsi kimi, son illərdə havalandırma qurğuları Rusiyanın Artyomovsk şəhərində yerləşən “Ventprom” maşınqayırma zavodundan alınır. B.Məmmədov əlavə edib ki, dünyada fəaliyyət göstərən müəssisələr arasında Rusiya şirkətinin ventilyatorları keyfiyyəti, texniki parametrləri, üstünlüyü və səmərəsi ilə digər analoqlarından seçilir. Avadanlıq iqtisadi cəhətdən də daha münasib olmaqla yanaşı, texniki qulluğu və təmir-təftişi daha rahat, asandır. Elektrik enerjisinə daha çox qənaət edir. Şirkət servis qulluğunu digər əcnəbi istehsalçılarla müqayisədə bir neçə dəfə tez - iki həftə ərzində yerinə yetirir. Həmçinin server qulluğu daha sadə və asandır. Texniki istehsal tapşırıqlarında Bakının iqlim şəraiti, metropolitenin geoloji, infrastruktur şəraiti və digər texniki məsələlərə diqqət edilməsi də yer alıb.

Vurğulayib ki, son illərdə metropolitendə ventilyasiya sisteminin, həmçinin qurğu və avadanlıqların dövrün texnoloji tələbləri səviyyəsində müasirləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. O qeyd edib ki, əvvəlki analoqları ilə müqayisədə, yeni ventilyatorlar daha güclü və məhsuldar olmaqla, quraşdırılacağı stansiya və tunelləri 2-3 dəfə artıq təmiz hava kütləsi ilə təmin edir. Onların idarə edilməsi də müasir dövrün tələblərinə uyğun, mərkəzləşmiş qaydada dispetçer tərəfindən aparılır. Bu isə ventilyatorun iş rejiminin ən qısa müddətdə dəyişdirilməsinə və operativ işinin qurulmasına zəmin yaradır. Beləliklə, ventilyatorların işinin təşkilində təhlükəsizlik yüksək səviyyədə artırılıb, xüsusən fövqəladə hallarda rejimdən rejimə daha sürətli və çevik keçid imkanları yaradılıb. Bu məqsədlə fiberoptik kabelləşmədən və müasir texnoloji idarəetmə şkaflarından istifadə olunur. İdarəetmə dolabları və sistemlər "Siemens", "Schneider", ETON kimi aparıcı istehsalçıların elektron avadanlıqları ilə qurulub. Şöbə rəisi bildirib ki, 2022-2023-cü illərin planına uyğun, “VOM 24-R” tipli 75 kVt və “VOM 20” tipli 55 kVt gücə malik tipli havalandırma qurğuları isə stansiya və tunel şaxtaları üçün nəzərdə tutulub. Hazırda 4 ventilyator “Əhmədli-Həzi Aslanov” mənzili, “Cəfər Cabbarlı” və “Xətai” (2 ədəd) stansiyalarında quraşdırılıb. Daha 2 ventilyatorun “Əhmədli-Həzi Aslanov” və “Qara Qarayev-Neftçilər” mənzillərində quraşdırılması üçün hazırlıqlara başlanılıb.
Onun sözlərinə görə, ümumilikdə, metropolitendə 123, o cümlədən son 5 il ərzində Yaşıl və Qırmızı xətlərdə 23 yenilənmiş və yeni stansiyalarda quraşdırılmış daha 8 güclü ventilyasiya qurğusu var və hər biri tam işlək vəziyyətdədir. Əldə olunmuş müsbət nəticələrə əsasən, yeni ventilyator qurğularının istifadəyə verildiyi stansiyalarda temperatur rejimi 3 dərəcəyə qədər aşağı salınıb.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən bu ilin may ayı ərzində plan üzrə yoxlamalar siyahısında olan 34 özəl tibb müəssisəsindən 28-də planlı yoxlamalar baş tutub. Bunun nəticəsi olaraq, 19 müəssisədə nöqsanlar aşkarlanıb. Bu barədə 1news.az-a Mərkəzdən məlumat verilib. Bildirilib ki, plandankənar yoxlamalar nəzərdə tutulmuş 16 müəssisənin 14-də yoxlamalar aparılıb. Nəticədə, yoxlanılan hər bir özəl tibb müəssisəsində nöqsanlar aşkarlanıb. Aparılan monitorinqlərin nəticəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 210.1, 215.1 və 215.4 maddələrinə əsasən 27 protokol tərtib edilib və icraata göndərilib.

Qeyd edilməlidir ki, İXM-in 210.1–ci maddəsinə (lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə) əsasən, fiziki şəxslər 2 000 manatdan 3 000 manatadək, vəzifəli şəxslər 5 000 manatdan 10 000 manatadək, hüquqi şəxslər isə 20 000 manatdan 30 000 manatadək cərimə edilir. İXM-in 215.1-ci maddəsinə görə (tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə) fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 800 manatdan 1 000 manatadək, hüquqi şəxslər isə 6 000 manatdan 8 000 manatadək cərimə edilir. İXM-in 215.4-cü maddəsinə görə (qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə) vəzifəli şəxslər 800 manatdan 1 000 manatadək, hüquqi şəxslər isə 6 000 manatdan 8 000 manatadək məbləğdə cərimə edilir.
Bundan əlavə, 25 özəl tibb müəssisəsinin fəaliyyət ünvanlarında yaradılan şəraitin normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilib, onlardan lisenziya almaq üçün edilən 15 müraciətə müsbət rəy verilib.

Ədliyyə Nazirliyinin Katibliyinin Məxfi şöbəsinin rəisi Hafiz Əliyev barəsində cinayət işi başlanılıb. Bu barədə 1news.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, nazirliyin Katibliyinin Məxfi şöbəsinin rəisi Əliyev Hafiz Əli oğlunun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb. İstintaqla Hafiz Əliyevin həmin vəzifədə işləyərkən 2019-cu ildə Bakı şəhəri ərazisindəki qəsəbələrdən birinə bələdiyyə sədri seçilməsinə köməklik göstərəcəyinə dair vətəndaşa yalan vəd verərək 90 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Hafiz Əliyevə Azərbaycan Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İbtidai istintaq dövründə vurulmuş maddi ziyandan 55 min manatın ödənilməsi təmin edilib.

Son illərdəki xarici çağırışları nəzərə aldıqda, Azərbaycanda ən çox subsidiyalaşdırılan kənd təsərrüfatı məhsulu buğda olub. 1news.az xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Rusiyanın Soçi şəhərində keçirilən "Avrasiya konqresi - 2023" adlı tədbirdə deyib. "2022-ci ilin iyununda Nazirlər Kabineti qida buğdası ilə özünütəminat səviyyəsinin artırılması və yerli istehsalçılar üçün dövlət dəstəyinin yaradılması barədə sərəncam qəbul edib. Daxili bazarda satılan un və un məhsullarının hər bir tonuna subsidiyaların ölçüsünü artırmışıq. Həmçinin buğda idxalı artırılıb, buğda unu və çörəyinin istehsalı və satışı isə ƏDV vergisindən azad edilib", - o deyib. Baş nazirin sözlərinə görə, bundan başqa, iri taxıl idxalçılarına çox aşağı faizlərlə kreditlər verilir.

"Azərbaycan kifayət qədər ciddi həcmlərdə buğda idxal edir. Əsas tədarükçülər Rusiya və Qazaxıstandır. Paralel olaraq Dövlət Taxıl Fondunun ölçülərinin böyüdülməsi və ərzaq təminatının formalaşması üzrə tədbirlər görülməkdədir", - Ə.Əsədov deyib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində şəxsi heyətin xidməti və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir, müasir standartlara cavab verən yeni inşa edilmiş hərbi obyektlər istifadəyə verilir. Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, iyunun 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti azad edilmiş ərazilərdə yeni istifadəyə verilən bir neçə yerləşmə məntəqəsində yaradılan şəraitlə tanış olub. Müdafiə nazirinə məruzə edilib ki, çətin relyefli ərazilərdə xidmət aparan hərbi qulluqçular üçün müasir tələblərə uyğun şərait yaradılıb. Məntəqələr hərbi qulluqçuların bütün zəruri ehtiyaclarını təmin etmək məqsədilə müasir avadanlıq, mebel və inventarlarla təchiz olunub. Burada silah otağı, yataqxana, yeməkxana, mətbəx, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı və ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar mövcuddur. General-polkovnik Z.Həsənov yerləşmə məntəqələrində şəxsi heyət üçün yaradılan şəraiti yüksək qiymətləndirərək məmnunluğunu ifadə edib.

Sonra nazir hərbi qulluqçularla görüşərək onların qayğıları ilə maraqlanıb, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları diqqətə çatdırıb. Dövlətimizin Başçısının diqqət və qayğısı sayəsində hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışan general-polkovnik Z.Həsənov bu işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb. Sonda müdafiə naziri döyüş növbətçiliyinin təşkili və qoşunların döyüş qabiliyyətinin artırılması, hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı konkret tapşırıqlar verib.

İyunun 8-də Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının yeni tərkibdə ilk iclası keçirilib. Nazirlikdən 1news.az-a verilən məlumata görə, iclasda bir sıra ali təhsil müəssisələrində həyata keçirilmiş institusional akkreditasiya qiymətləndirməsi əsasında müvafiq komissiyalar tərəfindən hazırlanmış hesabat və təhlillər təqdim edilib. Müzakirənin yekununda keçirilmiş səsvermənin nəticələrinə uyğun olaraq, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin institusional akkreditasiya nəticələri “əsasən uyğundur” hesab edilərək növbəti 5 il müddətinə, Sumqayıt Dövlət Universitetinin institusional akkreditasiya nəticəsinin isə “qismən uyğundur” hesab edilərək qüvvədə olan akkreditasiya şəhadətnaməsinin müddətinin növbəti 2 il uzadılması və təhsil müəssisəsinin 1 ildən sonra təkrar akkreditasiya edilməsi qərarı alınıb. Bundan başqa, qaydalara uyğun olaraq, institusional akkreditasiyası 2023-cü ildə nəzərdə tutulmuş Naxçıvan Dövlət Universitetinin mövcud akkreditasiya şəhadətnaməsinin etibarlılıq müddətinin 1 ilədək uzadılması ilə bağlı müraciəti müzakirə edilərək şurada səsverməyə qoyulub və institusional akkreditasiyanın keçirilməsinin 2024-cü ilə təyin edilməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, Akkreditasiya Şurasına elm və təhsil naziri Emin Əmrullayev sədrlik edir. Şuranın iclasları Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na uyğun olaraq təşkil olunur. İclaslarda təhsil və ya müvafiq elmi-tədqiqat sahələrinin mütəxəssisləri, işəgötürənlər, təhsilalanlar, eləcə də tabeliyində təhsil müəssisəsi olan nazirlik, təşkilat və idarələrin, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində şəxsi heyətin xidməti və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir, müasir standartlara cavab verən yeni inşa edilmiş hərbi obyektlər istifadəyə verilir. Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, iyunun 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti azad edilmiş ərazilərdə yeni istifadəyə verilən bir neçə yerləşmə məntəqəsində yaradılan şəraitlə tanış olub. Müdafiə nazirinə məruzə edilib ki, çətin relyefli ərazilərdə xidmət aparan hərbi qulluqçular üçün müasir tələblərə uyğun şərait yaradılıb. Məntəqələr hərbi qulluqçuların bütün zəruri ehtiyaclarını təmin etmək məqsədilə müasir avadanlıq, mebel və inventarlarla təchiz olunub. Burada silah otağı, yataqxana, yeməkxana, mətbəx, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı və ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar mövcuddur. General-polkovnik Z.Həsənov yerləşmə məntəqələrində şəxsi heyət üçün yaradılan şəraiti yüksək qiymətləndirərək məmnunluğunu ifadə edib.

Sonra nazir hərbi qulluqçularla görüşərək onların qayğıları ilə maraqlanıb, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları diqqətə çatdırıb. Dövlətimizin Başçısının diqqət və qayğısı sayəsində hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışan general-polkovnik Z.Həsənov bu işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Sonda müdafiə naziri döyüş növbətçiliyinin təşkili və qoşunların döyüş qabiliyyətinin artırılması, hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı konkret tapşırıqlar verib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Azərbaycana səfər edəcək.

1news.az  Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan prezident seçildikdən sonra ilk səfərini iyunun 12-də Şimali Kipr Türk Respublikasına, iyunun 13-də isə Azərbaycana edəcək.

Xatırladaq ki, bu il mayın 28-də Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyə Prezidenti seçilib

Azərbaycanda bank lisenziyalarının alınması qaydası dəyişdirilir. 1news.az xəbər verir ki, bu məsələ “Banklar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qanun layihəsi Milli Məclisin iyunun 9-da keçirilən iclasının gündəliyində birinci oxunuşda müzakirəyə çıxarılıb. Layihəyə əsasən, bu sahədə səlahiyyətli qurum Mərkəzi Bank olacaq. Beləliklə, bank lisenziyası və icazə alınması üçün bankın təsisçiləri və ya qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş şəxslər Mərəzi Banka yazılı şəkildə müraciət edəcəklər. Müraciətin forması və məzmunu, ona əlavə edilən sənədlər Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilmiş tələblərə cavab verməlidir. Qüvvədə olan qanuna görə, bank lisenziyası və icazə alınması üçün müraciətə baxarkən maliyyə bazarlarına nəzarət orqanı bankın kapitalında mühüm iştirak paylarının sahiblərinin (hüquqi şəxs olduqda onların icra orqanlarının rəhbərlərinin) və inzibatçıların maliyyə vəziyyəti, peşəkar fəaliyyəti və keçmişdə cinayət məsuliyyətinə cəlb olunub-olunmadıqları haqqında maliyyə, vergi və hüquq mühafizə orqanlarından məlumat ala bilər. Bu tələb sonradan bankda mühüm iştirak payını əldə etmək istəyən şəxslərə (hüquqi şəxs olduqda onların icra orqanlarının rəhbərlərinə), yeni təyin olunan inzibatçılara və bankın törəmə strukturuna çevrilən hüquqi şəxsin icra orqanlarının rəhbərlərinə də şamil edilir. Bu məqsədlə maliyyə, vergi və hüquq mühafizə orqanları maliyyə bazarlarına nəzarət orqanına onun tələb edə biləcəyi məlumatı verir.

Layihəyə görə, bank lisenziyası və icazə alınması üçün müraciətə baxarkən Mərkəzi Bank bankın kapitalında pay sahiblərinin və benefisiar mülkiyyətçilərin maliyyə vəziyyəti, habelə mühüm iştirak pay sahiblərinin (hüquqi şəxs olduqda onların icra orqanlarının rəhbərlərinin), benefisiar mülkiyyətçilərin və inzibatçıların məqbul və lazımi keyfiyyətlərə malik olması və bankın nizamnamə kapitalının mənbəyi barədə müstəqil və etibarlı mənbələrdən, habelə aidiyyəti dövlət orqanlarından (qurumlarından) məlumatlar əldə edə bilər. Dövlət orqanları (qurumları) Mərkəzi Bankın sorğu etdiyi məlumatı 7 (yeddi) iş günü ərzində verməlidirlər. Dövlət orqanları (qurumları) sorğu edilən məlumatların dövlət sirri istisna olmaqla, kommersiya sirri, vergi sirri və ya qanunla mühafizə olunan digər konfidensial məlumatlara aid olmasına istinad etməklə həmin məlumatların verilməsindən imtina edə bilməz. Bu müddəa sonradan bankda mühüm iştirak payını əldə etmək istəyən şəxslərə (hüquqi şəxs olduqda onun icra orqanlarının rəhbərlərinə), benefisiar mülkiyyətçi olan şəxslərə, yeni təyin olunan inzibatçılara və bankın törəmə strukturuna çevrilən hüquqi şəxsin icra orqanlarının rəhbərlərinə də şamil ediləcək. İlkin müraciətə əlavə olunan sənədlərdə də dəyişiklik var. Hazırda bankın təklif edilən nizamnamə kapitalının miqdarı, bankın nizamnamə kapitalında təklif edilən hər bir sahibin (səhmdarın) payı, onların digər təşkilatlarda mühüm iştirak payları, habelə hər bir hüquqi şəxs üçün bu hüquqi şəxsin kapitalında digər şəxslərin mühüm iştirak payları haqqında məlumatlar, bankda mühüm iştirak payının təklif edilən sahibi hüquqi şəxs olduqda onun icra orqanlarının rəhbərlərinin siyahısı. Hər bir rəhbər tərəfindən imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə, rəhbər əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq hakimiyyət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış və bankda mühüm iştirak payının təklif edilən sahibi fiziki şəxs olduqda onun tərəfindən imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə və bankın təklif edilən inzibatçılarının siyahısı, habelə onların hər biri üçün peşə ixtisası və təcrübəsi haqqında məlumatın göstərildiyi sənədlərin (təhsil və əmək fəaliyyəti haqqında) notariat qaydasında təsdiqlənmiş surətləri, həmin şəxslər tərəfindən doldurulmuş anket, bankda və digər hüquqi şəxslərdə onların mühüm iştirak paylarının miqdarı və siyahısı, tərəflərindən imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə də ilkin müraciətə əlavə olunan sənədlər siyahısındadır. Layihəyə əsasən isə ilkin müraciətə əlavə olunan sənədlər siyahısında aşağıdakılar olacaq: - bankın təklif edilən nizamnamə kapitalının miqdarı, hər bir pay sahibinin payı və payın əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi, bankda mühüm iştirak pay sahiblərinin digər hüquqi şəxslərdə mühüm iştirak payları, habelə mühüm iştirak pay sahibləri hüquqi şəxs olduqda onların nizamnamə kapitalında digər şəxslərin mühüm iştirak payları haqqında məlumatlar və sənədlər; - bankda mühüm iştirak payının təklif edilən sahibi hüquqi şəxs olduqda onun icra orqanlarının rəhbərlərinin siyahısı və onların vətəndaş qüsursuzluğuna dair məlumat, rəhbər əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış; - bankda mühüm iştirak payının təklif edilən sahibi fiziki şəxs olduqda onun vətəndaş qüsursuzluğuna dair məlumat, mühüm iştirak payının sahibi əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış; - bankın təklif edilən inzibatçılarının siyahısı, habelə onların hər biri üçün peşə ixtisası və təcrübəsi haqqında məlumatın göstərildiyi sənədlərin (təhsil və əmək fəaliyyəti haqqında) notariat qaydasında təsdiqlənmiş surətləri, həmin şəxslər tərəfindən doldurulmuş anket, bankda və digər hüquqi şəxslərdə onların mühüm iştirak paylarının miqdarı və siyahısı, onların vətəndaş qüsursuzluğuna dair məlumat, inzibatçı əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;
- Mərkəzi Bankın müəyyən etdiyi formada bankın səhmdarları arasındakı münasibətlər və bankın benefisiar mülkiyyətçiləri, o cümlədən onların bu Qanunla müəyyən edilmiş vətəndaş qüsursuzluğu haqqında məlumat, benefisiar mülkiyyətçi əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Azərbaycana səfər edəcək.

1news.az  Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan prezident seçildikdən sonra ilk səfərini iyunun 12-də Şimali Kipr Türk Respublikasına, iyunun 13-də isə Azərbaycana edəcək.

Xatırladaq ki, bu il mayın 28-də Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyə Prezidenti seçilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ələt Azad İqtisadi Zonasının birinci mərhələsinin açılış mərasimində iştirak edib. 1news.az xəbər verir ki, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov görülən işlər barədə dövlət başçısına məlumat verdi.

Bildirildi ki, Ələt Azad İqtisadi Zonasının ümumi sahəsi 850 hektardır. Azad İqtisadi Zonanın ilkin inkişaf mərhələsi olan 60 hektar ərazidə (Zona 1, Mərhələ 1) tikinti işlərinə başlanılıb və bir sıra işlər görülüb. Belə ki, investorlara icarəyə veriləcək torpaq sahələri inşaat üçün artıq hazırdır. Ümumi sahəsi 297 min kvadratmetr olan torpaq sahələrinin daxilində su, kanalizasiya, işıq, qaz, rabitə şəbəkələrinə birləşmə nöqtələri təmin edilib. Burada, həmçinin istifadəyə hazır ərazi-daxili və ərazi-xarici mühəndis-kommunikasiya infrastrukturu yaradılıb. Zona 1 ərazisinin əsas girişində gömrük-keçid məntəqələri, həmçinin gömrük yoxlanışlarının aparılması üçün binalar inşa olunub. Dövlət başçısı Ələt Azad İqtisadi Zonasının Biznes Mərkəzində yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, ümumi sahəsi 16 min kvadratmetr olan Biznes Mərkəzinin binası 3 funksional hissədən ibarətdir. Burada Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun ofisi, investorlara vahid pəncərə prinsipi ilə xidmət göstərəcək ofis, investorların idarəetmə qurumları üçün ofislər və təhkim olunan gömrük əməkdaşları üçün ofis fəaliyyət göstərəcək. Biznes Mərkəzində yüksəkkeyfiyyətli xidməti təmin edəcək müvafiq infrastruktur və maddi-texniki baza yaradılıb. Diqqətə çatdırıldı ki, növbəti inkişaf mərhələsində 138 hektar sahəni əhatə edən standart istehsal müəssisələri və logistika mərkəzləri üçün nəzərdə tutulmuş hissədə və eyni zamanda, 211 hektar sahəni əhatə edən ağır sənaye müəssisələri üçün hissədə layihələndirmə işləri davam edir. Növbəti inkişaf mərhələsinə aid 138 hektar sahədə torpaq işlərinə tezliklə başlanılması planlaşdırılır. Ələt Azad İqtisadi Zonası Prezident İlham Əliyevin Azərbaycanı beynəlxalq səviyyədə rəqabətədavamlı və dayanıqlı, şaxələndirilmiş və ixracyönümlü iqtisadiyyata malik bir ölkə kimi inkişaf etdirməyə yönəlmiş siyasətinin real təməllərindəndir. Bu layihənin icrası nəticəsində Azərbaycana daha çox xarici investisiyalar cəlb olunacaq və yeni iş yerləri yaradılacaq. Ələt Azad İqtisadi Zonasının yaradılması barədə qərar 2017-ci ildə, bununla bağlı müvafiq qanun isə 2018-ci ildə qəbul edilib. Pandemiyanın dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq 2021-ci il iyulun 1-də Prezident İlham Əliyevin iştirakı ilə Ələt Azad İqtisadi Zonasının təməli qoyulub. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında və qlobal nəqliyyat dəhlizlərinin üzərində strateji coğrafi mövqeyə malik iqtisadi zonada yaradılan əlverişli şərait, o cümlədən nadir qanunvericilik bazası, fiskal və qeyri-fiskal imtiyazlar zərfi, zəruri infrastruktur və mühəndis-kommunikasiya sistemləri ilə təmin edilmiş sənaye torpaq sahələri, nəqliyyat-logistika mərkəzləri və digər perspektivlər investorlar üçün davamlı regional üstünlük yaradacaq və Ələt Azad İqtisadi Zonasını regional investisiya mərkəzinə çevirəcək. Bildirilib ki, bu iqtisadi zonada investorlar üçün aşağıdakı fiskal və qeyri-fiskal imtiyazlar tətbiq edilir:
- İnvestorlar əlavə dəyər vergisi, ödəmə mənbəyində vergi, mənfəət vergisi və hər hansı digər korporativ vergidən azaddırlar;
- Zonada idxal və ixrac zamanı gömrük rüsumları və vergilər tətbiq olunmur;
- Aylıq əməkhaqqı 8 min manata qədər olan işçilər üçün gəlir vergisi tətbiq olunmur;
- Yüksəkixtisaslı əcnəbi işçilər üçün sosial sığorta ödənişləri könüllü, yerli işçilər üçün isə məcburi xarakter daşıyır;
- Əcnəbi hüquqi və fiziki şəxslərin Ələt Azad İqtisadi Zonasında mülkiyyət sahibi olmasına heç bir məhdudiyyət qoyulmur;
- Xarici investorlar üçün yerli tərəfdaş və səhmdar tələbi yoxdur;
- Valyuta əməliyyatları və ya mənfəətin repatriasiyasında heç bir məhdudiyyət yoxdur;
- İnvestorların əmlakı heç bir halda milliləşdirilə bilməz və Ələt Azad İqtisadi Zonası Səlahiyyətli Qurumu investorların əmlakını bu və ya digər məhdudiyyətlərdən qorunmasına təminat verir;
- Ələt Azad İqtisadi Zonası Səlahiyyətli Qurumu, həmçinin investorların əqli mülkiyyət hüquqlarının tam qorunmasına təminat verir.
Beləliklə, Ələt Azad İqtisadi Zonasının fəaliyyətə başlaması Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq. Bu iqtisadi zonanın yaradılması dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına, yeni investisiyaların cəlb edilməsinə şərait yaradacaq. Bundan başqa, bu layihənin icrası nəticəsində ölkəmizin milli iqtisadiyyatının dünya iqtisadiyyatı sisteminə inteqrasiyası sürətlənəcək.