Mingəçevirdə təmir işləri aparan 24 yaşlı usta 5-ci mərtəbədən yıxılıb.
Avtosfer.az xəbər verir ki, hadisə şəhərin Nizami küçəsi 12 ünvanında yerləşən binada baş verib.
Binada təmir işləri aparan 2000-ci il təvəllüdlü Veyisov Elvir Vüqar oğlu ehtiyatsızlıq nəticəsində sürüşərək beşinci mərtəbədən yerə çırpılıb.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan usta təcili xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
(unikal)