Mingəçevirdə təmir işləri aparan 24 yaşlı usta 5-ci mərtəbədən yıxılıb. 1news.az-ın "Unikal"a istinadən məlumatına görə, hadisə şəhərin Nizami küçəsi 12 ünvanında yerləşən binada baş verib. Binada təmir işləri aparan 2000-ci il təvəllüdlü Veyisov Elvir Vüqar oğlu ehtiyatsızlıq nəticəsində sürüşərək beşinci mərtəbədən yerə çırpılıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan usta təcili xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.