AZ

İranın “Bayraktar” qısqanclığı: Tehran niyə inkar etdi? - SƏBƏB

Belə bir deyim var, deyərlər: "İt sənə dost olar, bir sümük atsan, namərd qədir bilməz, qurban da olsan" və ya "Qonşu paxıl olmasa, bağ çəpəri neylər?!"

Mayın 20-də İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Abdullahian və digərlərinin olduğu helikopterin qəzaya uğraması, oradakı insanların faciəvi şəkildə həyatını itirməsi, təkcə İranın necə acınacaqlı vəziyyətdə olmasını deyil, həm də necə xislətə, düşüncəyə malik olmasını ortaya qoydu.

Qəzadan sonra İranın bütün təhlükəsizlik orqanları, ordusu qəzaya uğrayan helikopterin yerini müəyyən edilməsində çox ciddi çətinliklərlə üzləşdi.

Saatlarla axtarış aparsa da, yerini müəyyən edə bilmədi. Özünün dünyada hərbi gücə malik olması ilə öyünən İran bu dəfə çox aciz və çıxılmaz duruma düşdü. Belə bir aciz duruma düşən İranın təhlükəsizliyinin necə acınacaqlı vəziyyətdə olması ifşa olundu. Aciz duruma düşən üzləşdiyi vəziyyətdən çıxmaq üçün Tehran rəsmi qaydada Türkiyəyə müraciət edərək helikopterin yerinin müəyyənləşməsinə Bayraktar AKINCI PUA-nın cəlb edilməsini xahiş etdi. Ankara da təcili şəkildə Bayraktar AKINCI-nı havaya qaldırdı və qısa zamanda da helikopterin yeri müəyyən edərək helikopterin qəzaya uğradığı dəqiq yerlə bağlı İran tərəfinə məlumatı ötürdü. AKINCI-nın helikopterin axtarışı prosesini də bütün dünya canlı şəkildə izlədi.
Dünya mediası Bayraktarın bu məsələdə müstəsna rolunu qeyd etdi.

Özlərinin aciz duruma düşdüyünü görən Tehran hadisədən 3 gün sonra İran prezident Rəisinin cəsədinin “Bayraktar” tərəfindən aşkar edilməsi ilə bağlı xəbərləri rədd edərək rolunu kiçiltməyə başladı. İran Silahlı Qüvvələrinin Baş Qərargahı nəinki AKINCI-nın axtarış əməliyyatında ən yüksək effektivliyini rədd etdi, hətta daha uzağa gedərək bəyan etdi ki, “Bayraktar” Rəisinin helikopterinin qəzaya uğradığı ərazinin koordinatlarını səhv təqdim edib.

İran SQ Baş Qərargahı bununla kifayətlənməyərək hətta Tehranın rəsmi müraciətini təkzib etməyə çalışıb. Guya İran Anakaradan gecəgörmə cihazları ilə təchiz olunmuş texnika istəməyib. İran Baş Qərargahının bəyanatında deyilir: “Türkiyə gecəgörmə cihazları və termal görüntüləmə kameraları ilə təchiz edilmiş PUA göndərsə də, buludların altında aşkarlama avadanlığı və nəzarət nöqtələrinin olmaması səbəbindən “Bayraktar” qəza yerini dəqiq müəyyən edə bilməyib. 

İran Silahlı Qüvvələrinin təkid etdiyi kimi, öz pilotsuz təyyarələri Hind okeanının şimalında olduqları üçün helikopterin qəzaya uğradığı yerə dərhal gətirmək mümkün olmayıb. İranın İRNA agentliyinin məlumatına görə, Türkiyə tərəfindən ötürülən helikopterin yerinin koordinatları faktiki yerdən 7 km kənara çıxıb.

Tehran iddia edir ki, qəza yeri sonda İranın quru xilasediciləri və Hind okeanından geri çağırılan pilotsuz təyyarələr tərəfindən aşkar edilib.
Amma hamı bilir ki, bu, ağ yalandır.

Birincisi, Tehran tərəfi özü “Bayraktar”ın helikopterin yerini müəyyən etməsini açıqlayıb.  
İkincisi, Hind okeanında olan İran PUA-sının həmin zaman ərzində hadisənin baş verdiyi yerə dönüşü qeyri-mümkündür. 

Sadəcə olaraq Tehran bununla üzləşdiyi acınacaqlı vəziyyəti ört-basdır etmək istəyir. Çünki son hadisə İranın müdafiə və təhlükəsizliyinin necə bərbad vəziyyətdə olduğunu tamamilə ortaya qoydu. 

Ümumiyyətlə, helikopter qəzası İranla bağlı indiyədək formalaşdırılan mifləri darmadağın edərək heç də deyildiyi kimi olmadığını, digər məsələlərdə də necə ciddi problemlərlə üz-üzə qaldığını dünyaya nümayiş etdirdi.

Baxmayaraq ki, Türkiyə "dost qara gündə bilinər", "dostu uzun müddət axtarırlar, çətinliklə tapırlar və çətinliklə qoruyurlar" misalına sadiq qalaraq hərəkət etdi. İran isə yenə öz xislətinə sadiq qaldı. Bir rəvayətdə deyildiyi kimi, ilan onu xilas edən şəxsə deyir ki, mən xislətimə uyğun olaraq səni çalmalıyam, amma haradan. İran da onun kimi, göstərilən dəstəyə görə, öz formasında "minnətdarlıq" etdi. Bu gözlənilən idi və gözlənildiyi kimi də oldu. 
Bu, hətta Rəisinin dəfn mərasimində İran rəhbərlərinin Ermənistan rəhbərləri ilə mehriban görüşləri və verdikləri mesajlarda da özünü büruzə verdi. Bu ona bənzəyir ki, "qurda dostluq et, amma çomağı yerə qoyma"...

Mürtəza
Ölkə.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
206
50
olke.az

10Mənbələr