AZ

Hadisə / VideoƏrindən 20 yaş kiçik qadının qətlinin GÖRÜNTÜLƏRİ yayıldı - ANBAAN VİDEO

SİZİN REKLAM BURADA!
055 213 76 73

Yevlax rayon sakini, 1984-cü il təvəllüdlü Ləman Şükürovanın öldürülməsi ilə bağlı görüntülər yayılıb.

Far.Az xəbər verir ki, "Report"un paylaşdığı kadrlarda dəhşətli hadisə anbaan əks olunub.

Qeyd edək ki, Yevlax Rayon Prokurorluğunun məlumatına əsasən, 1964-cü il təvəllüdlü Mətləb Şükürovun ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Ləman Şükürovaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsi, daha sonra isə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Mətləb Şükürov Yevlax Rayon Mərkəzi Xəstəxanasında tibbi müayinədən keçirilərək müalicə edilib və vəziyyəti stabil olduğundan prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Far.Az
VİDEO
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
8
far.az

10Mənbələr