AZ

Azərbaycanda un bahalaşdı - Yeni qiymət

Azərbaycanda un bahalaşıb.

Xezerxeber.az-ın məlumatına görə, aprel ayında 50 kiloqramlıq unun qiyməti 25 manat 5 qəpik təşkil edib. Bu ay isə qiymət 27 manat 35 qəpiyə qədər artıb.

Qiymət artımını satıcılar da təsdiqləyirlər. Qiymət artımına əsas səbəb isə məhsulun azlığı göstərilir.

İqdisadçı Xalid Kərimli deyir ki, Azərbaycan buğdaya olan tələbatı əsasən idxal hesabına qarşılayır. Onun sözlərinə görə, Ukrayna və Rusya arasında gərginliyin davam etməsi və məhsuldarlıqda yaranan narahatlıq qiymətlərə təsir edən əsas amillərdəndir.

Ekspert hesab edir ki, məhsul yığımındakı çətinliklər aradan qalxmasa, qiymətlərin enəcəyi real görünmür.

"Cebhe.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
353
13
cebheinfo.az

10Mənbələr