Bakı. Trend:
Bu gündən etibarən Azərbaycan Milli QHT Forumunun regionalforumları başlayır.
Trend xəbər verir ki, ilk belə tədbir bu gün Lənkəran şəhərindəkeçiriləcək.
Bu regionu əhatə edən qeyri-hökumət təşkilatlarınınnümayəndələri foruma toplaşacaq. Milli QHT Forumunun prezidentiRauf Zeyni bildirib ki, regional forumlarda əsas məqsədbölgələrdəki ehtiyacları və vəziyyəti yerindəqiymətləndirməkdir.
Qeyd edək ki, AMQF-nun regional forumları yanvarın 8-dək davamedəcək. Regional forumların dekabrın 26-da Qubada, dekabrın 27-dəŞəkidə, dekabrın 29-da Gəncədə, 2024-cü il yanvar ayının 8-dəNaxçıvan şəhərində davam etdirilməsi nəzərdə tutulur.
Yanvarın 10-da isə Azərbaycan Milli QHT Forumu BakıdaÜmumrespublika Forumu keçirəcək.