AZ

46 nəfər saxta içkidən zəhərləndi: 17 ölü

İstanbulda son günlər saxta içkidən zəhərlənərək ölənlərin sayı 17-yə çatıb. 

Modern.az “CNN Türk”ə istinadən xəbər verir ki, ümumilikdə 46 nəfər saxta içkidən zəhərlənmə ilə bağlı xəstəxanaya müraciət edib. 

Bununla yanaşı, saxta içki satmaqda şübhəli bilinən 19 nəfər saxlanılıb. Onlardan 8-i artıq həbs edilib.

Xatırladaq ki, daha əvvəl yayılan məlumatda 12 nəfərin zəhərləndiyi, onlardan dördünün öldüyü bildirilirdi.

"Cebheinfo.az"

Seçilən
29
5
cebheinfo.az

6Mənbələr