"Sumqayıt" klubu baş məşqçi Samir Abasovla yolları ayırıb.
Publika.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Neftçi” ilə əldə olunmuş razılıq və Samir Abasovun şəxsi istəyini nəzərə alaraq, “kimyaçılar” 46 yaşlı mütəxəssis ilə müqaviləyə xitam verib.
Qeyd edək ki, Abasov mütəxəssis 2022-ci ildən komandaya rəhbərlik edirdi.