AZ

BMT-dən Cənubi Avropada səhra təhlükəsi barədə XƏBƏRDARLIQ

Qlobal istiləşmə 3°C-ə çatarsa, Cənubi Avropa səhralaşma ilə üzləşəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelinin rəhbəri Cim Ski The Telegraph-a bildirib.

Onun sözlərinə görə, səhralaşma təkcə Şimali Afrika ölkələrində deyil, Yunanıstan, Portuqaliya və Türkiyədə də baş verir.

"Bütün Avropa, xüsusən də Aralıq dənizi həssasdır" deyə o qeyd edib.

O, əlavə edib ki, 3°C qlobal istiləşmə 2100-cü ilə qədər baş verə bilər və bunu gələcək nəsillər üçün problem kimi qəbul etməməyə çağırıb.

Seçilən
83
2
bakivaxti.az

10Mənbələr