AZ

Paşinyanın “raket sövdələşməsi” faş oldu: İrəvan indi nə deyəcək? - Biz inandıq, tutalım... BƏS RUSLAR?

Elçin Alıoğlu - TRENDErmənistanın son zamanlarda Qərb ölkələrindən və Hindistandan müasir silahlar, o cümlədən hava hücumundan müdafiə (HHM) sistemləri alması və bu arada Ukrayna Silahlı Qüvvələrinə sovet istehsalı raketlər və zenit-raket komplekslərini ötürməsi barədə xəbərlər geniş müzakirə mövzusuna çevrilib. Rusiya mənbələrinin verdiyi məlumatlara görə, Ermənistanın bu addımları həm daxili, həm də xarici təzyiqlərin artdığı bir vaxtda həyata keçirilir və ölkənin öz təhlükəsizliyini təmin etmək məqsədilə ABŞ-dan dəstək qazanmaq cəhdləri ilə izah olunur.Ermənistanla Avropa Komissiyası arasında saziş imzalanıb. Buna əsasən İrəvan sovet istehsalı olan tank və zenit raket komplekslərini Gürcüstan limanı vasitəsilə Kiyevə göndərməlidir. Silahların ümumi dəyərinin 210 milyon ABŞ dolları olduğu bildirilir. Ermənistanın mövcud zenit müdafiə sistemlərini və 152 mm-lik artilleriya qurğularını Ukraynaya təhvil verəcəyi deyilir.Bu, İrəvanı və erməniləri təhlükəyə atacaq addım kimi dəyərləndirilir.Qərb son zamanlarda Gürcüstanda da bənzər addımlar atır. Nəticə olaraq Cənubi Qafqazda zəifləyən mövqelərini geri qaytarmağa çalışır.Sosial şəbəkələrdə və mass-mediada Ermənistanın Ukraynaya böyük həcmdə hava müdafiə sistemləri verdiyi bildirilir. Həmin sistemlər arasında S-300, "Buk", "Osa" və "Tor" kompleksləri ilə yanaşı, bu sistemlərə uyğun raketlər də yer alır. Ermənistan bu yolla Rusiyaya illər boyu göstərdiyi dəstəyi “qarşılıqlı minnətdarlıqla” ödəyib. Onun fikrincə, bu addım Rusiya-Ukrayna müharibəsi fonunda Moskvanın maraqlarına qarşı atılmışdır və Tumanov bunu açıq şəkildə tənqid edir.Məsələyə hələlik Rusiya Müdafiə Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən rəsmi reaksiya verilməyib. Bununla belə, əvvəllər də Rusiya mediasında Ermənistanın Ukraynaya S-125 "Peçora" zenit-raket komplekslərini və "Toçka-U" raketlərini ötürdüyü bildirilmişdi.Ekspertlər bu sistemlərin müasir ordular üçün artıq əhəmiyyətini itirdiyini vurğulasalar da, Ukrayna Silahlı Qüvvələri üçün belə sistemlərin hava hücumundan müdafiə sahəsində yaranmış boşluğu doldura biləcəyini qeyd edirlər.Ermənistanın bu köhnə sovet sistemlərini öz arsenalından çıxarıb Ukraynaya göndərməsinin arxasında geosiyasi səbəblər dayanır. Daxili iqtisadi və sosial böhranla üzləşən Ermənistan ABŞ-ın və Qərbin dəstəyini qazanmaq üçün belə bir addım atmaqla geosiyasi, siyasi və iqtisadi preferensiyalar əldə etmək niyyətindədir.Eyni zamanda, Ermənistanın baş naziri Nikol Paşinyan silahlı qüvvələri müasir hava hücumundan müdafiə (HHM) sistemləri ilə təchiz etmək məqsədilə köhnə texnikanı və avadanlığı Ukraynaya yollamağı, əvəzində "boşalmış yerlərə" Vaşinqton-Paris-Brüssel triosundan yeni sistemlər, avadanlıq və texnika istəmək strategiyasını reallışdırmağa başlayıb.44 günlük İkinci Qarabağ Müharibəsi zamanı Ermənistanın sovet istehsalı HHM sistemlərinin Azərbaycan Ordusunun pilotsuz uçuş aparatları və yüksək dəqiqlikli silahları qarşısında tamamilə aciz qalması, bu sistemlərin modernləşdirilməsinə ehtiyac olduğunu göstərdi. Müharibə zamanı bu komplekslərin əksəriyyəti sıradan çıxarıldı və Ermənistan son illərdə Hindistan, Fransa və digər ölkələrdən daha müasir radar və zenit-raket kompleksləri sifariş etməyə başlayıb.Xüsusilə, Ermənistan 2023-cü ildə Hindistandan "Akash 1S" tipli müasir zenit-raket komplekslərinin böyük bir partiyasını sifariş etmişdir. Bu komplekslər, sovet istehsalı S-125 sistemləri əsasında hazırlanmış və Hindistanın müdafiə sənayesinə aid IDRW (Indian Defense Research Wing) saytının məlumatına görə, artıq bu il Ermənistana təhvil verilməlidir. Bununla yanaşı, Fransa da 2023-cü ilin payızında imzalanmış razılaşmaya əsasən, Ermənistana üç ədəd "Ground Master 200" radar sistemi vermişdir. Parisdəki mənbələrin məlumatına görə, Ermənistan yaxın zamanda Fransadan qısa mənzilli Mistral zenit-raket kompleksləri də almağı planlaşdırır.Bütün bu proseslər Ermənistanın Sovet istehsalı olan köhnə HHM sistemlərini Ukraynaya ötürməsi və qarşılığında Qərbdən yeni nəsil silahlar əldə etməsi ilə əlaqələndirilir. Bu, bir növ qərb ölkələrində məşhur olan “köhnəni ver, yenini al” prinsipi ilə işləyən ticarət əməliyyatlarına bənzəyir. Ermənistan, Ukraynaya köhnə zenit-raket komplekslərini ötürməklə həm öz arsenallarını təmizləyir, həm də Qərbdən yeni texnologiyalar qazanaraq müdafiə sistemlərini gücləndirir. Bu strategiya, İrəvanın geosiyasi mövqelərini möhkəmləndirmək üçün müasir silah texnologiyalarına malik Qərb dövlətləri ilə əməkdaşlığını genişləndirmək arzusundan irəli gəlir.Ermənistanın hava hücumundan müdafiə (HHM) sistemi son illərdə regiondakı gərgin geosiyasi vəziyyət və texnoloji inkişaflar fonunda mühüm diqqət mərkəzinə çevrilib. 2023-2024-cü illər ərzində Ermənistan HHM sistemlərinin modernləşdirilməsi və yenilənməsi üçün bir sıra beynəlxalq razılaşmalar imzalamış və müxtəlif ölkələrdən müasir hərbi texnika və avadanlıqlar əldə edib. Bu müddət ərzində Ermənistanın HHM sahəsində atdığı addımlar, onun gələcəkdə öz hərbi potensialını gücləndirmək və qonşu dövlətlərdən gələn potensial təhlükələrə qarşı müdafiəsini təmin etmək məqsədlərini göstərir.Xatırladaq ki, 44 günlük İkinci Qarabağ müharibəsi və sonrakı sərhəd toqquşmaları Ermənistanın HHM sistemlərinin zəifliyini üzə çıxardı. Ermənistanın əsasən sovet istehsalı olan hava müdafiə sistemləri Azərbaycan Ordusunun pilotsuz uçuş aparatları (PUA) və yüksək dəqiqlikli silahları qarşısında aciz qaldı. Bu məğlubiyyət Ermənistanı öz HHM qüvvələrini gücləndirmək məqsədilə yeni strategiyalar hazırlamağa və modern HHM texnologiyaları əldə etməyə sövq etdi.Ermənistanın 2023-cü ildə HHM sahəsində mühüm tərəfdaşlarından biri də Fransadır. Fransa ilə bağlanmış razılaşmaya əsasən, 2023-cü ilin payızında Ermənistan Ground Master 200 (GM200) radar sistemləri alıb ki, sözügedən radar sistemləri Ermənistanın hava məkanını effektiv şəkildə nəzarət etmək və potensial hava hücumlarını vaxtında müəyyənləşdirmək üçün istifadə ediləcək. "GM200" radarları çoxfunksiyalıdır və həm aşağı hündürlükdə uçan hədəfləri, həm də uzaq məsafədəki raketləri aşkar etmək qabiliyyətinə malikdir.Bundan əlavə, Ermənistan yaxın gələcəkdə Fransa ilə daha bir böyük hərbi müqavilə imzalamağı planlaşdırır. Bu razılaşma çərçivəsində Ermənistan "Mistral" qısa mənzilli zenit-raket komplekslərini əldə edəcək. "Mistral" sistemləri aşağı uçan təyyarə, helikopter və PUA-ların məhvi üçün nəzərdə tutulub və yüksək manevr qabiliyyətinə malikdir.Ermənistanın HHM sahəsində ənənəvi müttəfiqi olan Rusiya ilə də əlaqələri mövcuddur. Lakin son illərdə Ermənistanın Qərb ölkələri və Hindistanla əməkdaşlığı artırmasına baxmayaraq, o, Rusiya ilə hərbi-texniki əlaqələrini qoruyub saxlayır. Ermənistanın arsenalında hələ də S-300, "Buk", "Osa" və "Tor" zenit-raket sistemləri kimi sovet istehsalı sistemlər mövcuddur. Bununla belə, Ermənistanın bəzi mənbələrə görə, bu köhnə sovet sistemlərini Ukraynaya ötürməsi xəbərləri yayılmışdır. Ekspertlərin fikrincə, Ermənistan bu addımı atmaqla ABŞ və Qərb dövlətlərindən dəstək qazanmağa çalışır.Ümumiyyətlə isə, Ermənistan müasir və potensial təhlükələrdən öz hava məkanını müstəqil şəkildə effektiv qorumağa qadir olmayan ölkələr sırasına daxildir. Respublikanın öz səmasını qorumaq üçün zəruri texnoloji, kadr və daha da önəmlisi, maliyyə resursları yoxdur. Yalnız öz gücünə əsaslanan milli Hava Hücumundan Müdafiə (HHM) sisteminin yaradılması Ermənistan kimi kiçik və ən önəmlisi, dövlət subyektliyindən məhrum olan ölkələr üçün mümkünsüz bir yükdür.Ermənistan Silahlı Qüvvələri öz hava sərhədlərini yalnız Rusiya istehsalı olan sistemlərlə və Rusiya tərəfdaşının hərbi-texniki müşayiəti ilə müdafiə edir. Moskva Ermənistanda silahlanmış HHM sistemlərinin təmiri və modernləşdirilməsi üçün istehsal bazasının lokallaşdırılması üzrə ilkin şərtlər yaratdı. Ermənistandakı “Patneş” QSC Razdan şəhərində rabitə vasitələrinin, radar texnikasının, Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (AİS) üçün funksional blokların istehsalı, təmiri, testi və texniki xidmətini, eləcə də S-300 və digər HHM sistemlərinin təmiri və modernləşdirilməsi ilə məşğul olur. Ermənistanın hərbi-sənaye kompleksində HHM vasitələrinin, P-14, P-15, P-18, P-19 radarlarının, “Şilka” zenit-özüyeriyən qurğularının (ZÖQ), “Kruq”, “Strela-10”, “Osa-AK” zenit-raket komplekslərinin (ZRK) tam və ya qismən modernləşdirilməsi həyata keçirilir.Sonuncu erməni-rus hərbi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasının nəticələrinə görə, Ermənistanda HHM və hərbi helikopterlər də daxil olmaqla, hərbi texnikanın təmiri və texniki xidməti üçün çoxfunksiyalı sertifikatlaşdırılmış mərkəzin açılması qərara alındı.Sertifikatlaşdırılmış mərkəzlərin yaradılması layihələri hələ Ermənistan və Rusiya arasında 25 iyun 2013-cü il tarixində imzalanan "Hərbi-texniki əməkdaşlığın inkişafı haqqında" müqavilədən əvvəl irəli sürülmüşdü. O zamanlar bunlar ayrı-ayrı texniki xidmət klasterləri kimi planlaşdırılırdı, hərbi texnikanın konkret növü üzrə ixtisaslaşmışdı. Beləliklə, Çarentsavan maşınqayırma zavodu və Uralvaqonzavod hazırda Ermənistan ordusunun silahlanmasında olan T-72 tanklarının və digər zirehli texnikanın təmiri və xidmətini həyata keçirmək üçün 2012-ci ildə imzalanmış müqavilələri icra edirlər. Ermənistana ehtiyat hissələri, texniki sənədlərin təchizatı, həmçinin T-72 tanklarının modernləşdirilməsi perspektivləri müzakirə edilir. HHM vasitələri üzrə layihə sənədlərinin hazırlanması Ermənistan Müdafiə Nazirliyi ilə Rusiya “Almaz-Antey” konserni arasında razılaşdırılmışdır. Ermənistanda “Mi” helikopterlərinin təmirinə Rusiyanın “Oboronprom” Birgə Sənaye Korporasiyası da qoşulmuşdur.Ermənistan ərazisinin effektiv hava hücumundan müdafiəsi, yalnız BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusuna malik olan bir nüvə dövlətinin iştirakçısı olduğu birləşmiş sistem çərçivəsində mümkün ola bilər.Ermənistanın ərazisi 30 min kvadrat kilometrdən kiçikdir və ölkə əhalisinin 30%-dən çoxu paytaxt İrəvanda yaşayır. İrəvanda və onun 30 km radiusunda Ermənistanın strateji əhəmiyyətli enerji obyektləri, o cümlədən Cənubi Qafqazın yeganə atom stansiyası yerləşir.Ermənistanın öz döyüş aviasiyası yoxdur. Ermənistanın qərb və cənub-qərb hava sərhədlərini Rusiya MiQ-29 təyyarələri İrəvan yaxınlığındakı “Erebuni” aviabazasından döyüş növbəsi apararaq qoruyur. 2014-cü ildə “Erebuni”də helikopter eskadrilyası yaradıldı. Burada Rusiyanın Cənub Hərbi Dairəsinə (CHD) məxsus Mi-24P, Mi-8MT və Mi-8SMV helikopterlərinin iştirakı vacib obyektlərin havadan qorunması, bölmələrin və yüklərin operativ daşınması imkanlarını genişləndirdi.Belə bir vəziyyətdə Nikol Paşinyanın Qərbin sifarihlərini və təlimatlarını yerinə yetirərək Rusiyanı aldatmağa çalışması İrəvan üçün yetərincə riskli vəziyyət formalaşdırır.İrəvanın iddiaları təkzib edəcəyi, heç nə olmamış kimi davranacağı şübhəsizdir.Amma Moskva ermənilərə inanacaqmı?

Seçilən
4
5
dia-az.info

6Mənbələr